Rusiya XİN: İsrail hər zaman ABŞ a arxalana bilməyəcək
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Borisenko bu fikirləri 6-cı Beynəlxalq Rusiya-Yaxın Şərq Elmi və Ekspert Forumunda səsləndirib.
Forum Yevgeny Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən təşkil olunub.
“Bizim qənaətimizə görə, çoxqütblü dünyada ABŞ-ın təsiri tədricən azalacaq”, – deyə Borisenko bildirib.
Onun sözlərinə görə, İsrailin ABŞ-ın hər zaman ona yardım edəcəyinə və təhlükəsizliyini təmin edəcəyinə inanması düzgün yanaşma deyil. “Şəxsi fikrimcə, İsrail ABŞ-ın həmişə ona kömək etməyə və onu müdafiə etməyə hazır olacağına həddindən artıq arxalanır”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Borisenko çıxışında beynəlxalq münasibətlər sisteminin dəyişdiyini və güc mərkəzlərinin daha çoxsaylı xarakter aldığını qeyd edib. Onun fikrincə, bu proses qlobal siyasətdə yeni balansın formalaşmasına gətirib çıxaracaq.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















