Rusiya XİN rəhbərinə tərs şillə: Zelenski Lavrova elə bir cavab verdi ki...
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Təhlükəsizlik zəmanəti məsələsini qaldırarkən Rusiyanı kimin təhdid etdiyini bilmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski NATO baş katibi MArk Rutte ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Zelenski Sergey Lavrovun təhlükəsizlik zəmanətlərinin Rusiyanı da əhatə etməsi ilə bağlı bəyanatlarını şərh edib. Zelenskinin sözlərinə görə, gələcəkdə Rusiyanın hücumundan sığortalanmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır.
“Bu, Ukraynanın təhlükəsizliyi, suverenliyimiz, ərazi bütövlüyümüz naminə vacibdir. Rusiya təhlükəsizlik təminatları məsələsini gündəmə gətirir. Amma onları kimin təhdid etdiyini bilmirəm. Bizə hücum edən Rusiyadır”.
Bundan əlavə, Ukrayna lideri Rusiyanın müharibəni bitirmək istəmədiyi, əksinə, savaşı uzatmaq üçün ultimatumlar verdiyini açıqlayıb.
“Təhlükəsizlik zəmanətləri Ukraynaya lazımdır. Amma Amerikasız Avropa bizə bütün imkanları verməyəcək. Amerika və Avropanın birliyi çox vacibdir. Bu, bizim verdiyimiz mühüm siqnaldır”, – Ukrayna prezidenti vurğulayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 22 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















