Rusiya XİNdən Əsəd AÇIQLAMASI: Ciddi təhlükə yoxdur
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rusiya XİN bəyanat yayıb:
"Danışıqlar nəticəsində Əsəd hakimiyyəti dinc yolla təhvil verməyi qəbul edib, vəzifəsindən istefa verib və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib."
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın Suriyadakı bütün müxalif qüvvələrlə əlaqə saxladığına diqqət çəkilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Bütün tərəfləri zorakılıqdan çəkinməyə və bütün problemləri siyasi yolla həll etməyə çağırırıq. Bu çərçivədə Rusiya Suriyadakı bütün müxalif qüvvələrlə əlaqələr saxlayır. Suriyadakı bütün etnik və dini qrupların baxışlarına hörmət edilməsini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində inklüziv siyasi prosesin həyata keçirilməsi üçün səyləri dəstəkləyirik."
Suriyadakı Rusiya hərbi bazalarının "yüksək hazırlıq vəziyyətində" olduğu qeyd olunan açıqlamada, bu bazaların təhlükəsizliyinə ciddi təhdid olmadığı bildirilib.
Bununla yanaşı, Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü vurğulanıb./Milli.az
Baxış sayı:86
Bu xəbər 09 Dekabr 2024 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















