Icma.az
close
up
RU
Rusiya xüsusi xidmət orqanları Zelenskini öldürməyə hazırlaşırlar

Rusiya xüsusi xidmət orqanları Zelenskini öldürməyə hazırlaşırlar

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Rusiya xüsusi xidmət orqanları Zelenskini öldürməyə hazırlaşırlar

Rusiya mətbuatında Ukrayna prezidenti Volodomir Zelenskinin ABŞ tərəfindən məhv ediləcəyi barədə çoxsaylı məlumatlar yayılmaqdadır. Bu məlumatlardan belə başa düşmək olar ki, Rusiya xüsusi xidmət orqanları Zelenskiyə qarşı sui-qəsd hazırlayırlar. Sui-qəsd baş tutacağı təqdirdə Rusiya Zelenskinin öldürülməsini ABŞ-ın üzərinə atacaq və bunun üçün indidən zəmin hazırlayır.

Rusiyanın bu niyyətdə olduğunu keçmiş kəşfiyyatçı Ritterə istinadən yaydığı və hibrid müharibənin bir elementi olan məlumat da bir daha təsdiq edir. Məlumatda deyilir ki, guya Ritter bildirib ki, Zelenski bu və ya digər şəkildə ABŞ tərəfindən məhv ediləcək. İddia edilir MKİ-nin keçmiş kəşfiyyatçısı Scott Ritter YouTube kanalında deyib ki,. "Zelenski aradan qaldırılmalı olan problemdir və düşünürəm ki, bu və ya digər şəkildə o, aradan qaldırılacaq".

Mart ayında “Moskovski Komsomolets” Ukrayna Teleqram kanallarına istinadən Vaşinqtonun Zelenskidən qurtulmağı planlaşdırdığını yazmışdı.

Xüsusilə, “Rezident” Telegram kanalı qeyd edib ki, ABŞ Kiyevi dəstəkləməklə bağlı artan problemləri anlamağa başlayıb və buna görə də ölkədə vəziyyəti sabitləşdirmək üçün fəal şəkildə Zelenskini əvəz edəcək fiqur axtarır.

Martın 15-də RİA Novosti xəbər verib ki, Zelenskinin ətrafındakı əcnəbilər onun mümkün ləğvi barədə danışırlar.

Xatırladaq ki, Rusiya xüsusi xidmət orqanları əvvəllər də onlara qarşı çıxan hər hansı siyası lideri və ya ictimai-siyası xadimləri məhv etməzdən əvvəl ələ aldıqları müxtəlif adamlar tərəfindən belə məlumatlar yayaraq bu məsələdə özlərinin əlləri olduqlarını gizlətməyə çalışıblar. Bu barədə çoxsaylı məlumatlar var. Buna ən bariz misal kimi Rusiyaya qarşı sərt düşmənçilik mövqeyindən çıxış edən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin Smolensk üzərində vurulmasını, İçkeriya-Çeçen respublikasının keçmiş prezidentləri Gövhər Dudayevin və Aslan Məshədovun məhv edilməsini göstərmək olar. Bir neçə il əvvəl isə Rusiya ilə heş vaxt bir dövlətdə birləşməyəcəyini, Belarusun öz müstəqilliyini qoruyub saxlayacağını bəyan edən prezident Alkesandr Lukaşenko Moskvaya rəsmi səfərlərindən birindən sonra müəmmalı şəkildə xəstələnmişdi. O vaxt fiziki cəhətdən olduqca sağlam olan Lukaşenkonun müəmmalı şəkildə xəstələnməsi barədə çoxsaylı ehtimallar irəli sürüldü. Hər halda məhz həmin müəmmalı xəstəlikdən sonra Lukaşenkonun xəstə adam təsiri bağışladığı hiss edilir. Ola bilsin ki, Belarusu rəsmi şəkildə Rusiyanın quberniyalarından birinə çevrilməsinə qarşı çıxan Lukaşenkonnun yeməyinə gec təsir edən hansısa dərman qatılıb... Lukaşenko hansısa yolla aradan qaldırlacağı təqdirdə isə Belarusun Rusiyanın quberniyalarından birinə çevrilməsi ilə bağlı Putin planı həyata keçmiş olacaq. Bu baxımdan Rusiya mətbuatında gedən yazılardan belə başa düşmək olar ki, yaxın vaxtlarda Zelenskiyə qarşı sui-qəsd cəhdlərinə baş vurulacaq və bu qətldə ABŞ xüsusi xidmət orqanları günahlandırlacaq...

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 29 Mart 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri