Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın ŞƏRH

Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır. Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur:

“Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda saxlanılan 13 rus vətəndaşının azad edilməsinin Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün mühüm addım ola biləcəyini bildirib. XİN rəsmisi qeyd edib ki, bu məsələ avqustun 22-də Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasında müzakirə olunub.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin kökündə Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının dayandığını iddia etməsi absurddur: 


"Bu, Moskvanın hələ də problemlərə həllyönümlü yanaşmadığını göstərir. Heç bir şübhə yoxdur ki, cari ilin iyul ayında cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq məqsədi ilə saxlanılan Rusiya vətəndaşları konkret əməllərinə görə həbs olunub. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi şəraitində,  prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq barələrində cinayət təqibi davam edir. Belə bir şəraitdə cinayət törətməkdə təqsirləndirilən və barələrində cinayət təqibi davam edən şəxslərin azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi heç bir hüquq təfəkkürünə sığmır. Üstəlik, bu, beynəlxalq münasibətlərin əsaslandığı hüquq normalarına ziddir. Rusiya yaxşı olar ki, ölkələrimiz arasında məhz bu kimi sərsəm  bəyanatlar fonunda  itməkdə olan etimad mühitinin bərpasına fokuslansın. Həmçinin Kreml ilk növbədə yaranan gərginliyin səbəbini saxtalaşdırmaqdan çəkinməlidir. Azərbaycan XİN-in yaydığı məlumatda da ifadə olunduğu kimi, "Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur"".


Deputat vurğulayıb ki, konkret əməllərinə görə həbs edilən Rusiya vətəndaşlarına münasibətdə "həssaslıq" göstərib qanunu ikinci plana keçirmək istəyən Moskva yaxşı olar ki, bu ölkədə etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, hətta Yekaterinburqda məhz bu qəbuledilməz zəmində həmvətənlərimizin döyülərək qətlə yetirilməsinə aydınlıq gətirsin:

"Rəsmi Bakı münasibətlərin normallaşmasının birmənalı formada tərəfdarıdır. Lakin Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti, məişət səviyyəli ifadələr,  təhqir böhtan və nifrət nitqi, təəssüf ki, bizi fərqli mənzərə ilə qarşılaşdırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri