Rusiya yeddi il əvvəl ABŞ a Ukraynanı Venesuela ilə dəyişməyi təklif edib
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeddi il əvvəl Rusiya Vaşinqtonun Kremlə Ukraynada tam hərəkət azadlığı verməsi müqabilində ABŞ-ın Venesuelada uyğun gördüyü kimi hərəkətinə icazə verməyə hazır olduğunu nümayiş etdirib.
Reyting.az xəbər verir ki, bunu Donald Tramp administrasiyasının birinci dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya və Avropa üzrə müşavir vəzifəsində çalışmış Fiona Gilin ABŞ Konqresindəki ifadəsi sübuta yetirir.
“Bu qeyri-rəsmi təklifin xatirələri Moskvanın ABŞ-ın Venesuela işlərinə müdaxiləsinə və Vaşinqtonla Karakas arasında gərginliyin artmasına qarışıq reaksiyası fonunda yenidən ortaya çıxıb”,- ABŞ mediası yazır.
Gilin sözlərinə görə, Kreml media və “şərhçiləri” vasitəsilə bir növ “təsir dairələri mübadiləsi” ideyasını fəal şəkildə təbliğ edib.
“Ruslar Venesuela ilə Ukrayna arasında qəribə bir barter sövdələşməsi istədiklərini çox açıq şəkildə bildiriblər”, - o, 2019-cu ilin oktyabrında Konqres dinləmələri zamanı deyib. Yəni, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan iki ildən çox əvvəl.
Onun sözlərinə görə, təklifin mahiyyəti ondan ibarət olub ki, əgər ABŞ öz təsir bölgəsini idarə etmək hüququnda israr edirsə, Rusiyanın Ukraynaya münasibətdə oxşar hüququna razı olmalıdır.
“Siz bizi öz həyətinizdən çıxarmaq istəyirsiniz, amma siz həm də Ukraynadakı həyətimizdəsiniz”, - Gil Kremlin mövqeyini xatırlayıb.
O, bu ideyanı rədd etmək üçün Moskvaya şəxsən səfər etdiyini bildirib.
“Təklif ABŞ və Venesuela arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda irəli sürülüb. Rusiya prezident Nikolas Maduro rejimini dəstəkləmək üçün ölkəyə təxminən 100 əsgər və silah göndərib. Maduronun devrilməsi Moskvanın dəstəklədiyi rejimlərə daha bir zərbə oldu. Bir ildən az əvvəl Suriya prezidenti Bəşər Əsəd də devrildi”, - deyə “The New York Times” qəzeti yazıb.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















