Icma.az
close
up
RU
Rusiya yeni ərazilər uğrunda vaxt udur POLİTOLOQ

Rusiya yeni ərazilər uğrunda vaxt udur POLİTOLOQ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Oqtay Qasımov: Kreml İstanbuldakı Danışıqları Yalnız Formal Şəkildə Davam Etdirir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Papa XIV Leonun bu ideyaya maraq göstərdiyini söyləməsindən sonra Rusiya və Ukraynanın danışıqları Vatikanda davam etdirəcəyinə ümid edir. Amma Rusiya Prezidenti Vladimir Putinin danışıqlar üçün Vatikana getməkdə maraqlı deyil. Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin mənbələrinə görə, Rusiya rəsmiləri danışıqlar üçün Vatikan və ya başqa yerə səfər etməyi planlaşdırmırlar və bunun əvəzinə keçən həftə İstanbulda (Türkiyə) başlayan texniki səviyyəli danışıqlara fokuslanıblar. Mənbə qeyd edir ki, Kreml İstanbulda başlayan danışıqların davam edəcəyini gözləyir. 


Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Rusiya tərəfinin Vatikanda görüş keçirməyə maraqlı olmamasına səbəb söhbətin görüşün keçiriləcəyi məkandan getməməsidir:

“Rusiya tərəfi İstanbulda başlanan prosesin davam etdirilməsini istədiyini söyləsə də, Kremlin və Vladimir Putinin danışıqlarda maraqlı olmadığını düşünürəm. Əslində, sözügedən məsələ bir az imitasiya xarakteri daşıyır. Rusiya düşünür ki, təşəbbüs hələlik onun tərəfindədir və addım-addım Ukrayna ərazilərini işğal etmək imkanları var. Rusiya məhz daha çox ərazilər işğal etməklə Ukraynanı gələcək danışıqlar masasında kaptulyasiya aktını imzalamağa məcbur etməyi planlayır. Ona görə də Rusiya hazırda danışıqları kardinal şəkildə aparmaq niyyətində deyil, sadəcə olaraq imitasiya yaratmaq düşüncəsindədir. İstanbul görüşü göstərir ki, Rusiya Ukrayna qarşısında kifayət qədər maksimalist tələblər irəli sürməklə və bir çox prosesi əngəl olacaq bəyanatlar verməklə məsələni ləngitməyə çalışır. Rusiya işğal etmədiyi və saxta referendumlara əsaslanaraq öz ərazilərinə ilhaq etdiyi bölgələri Ukraynadan istəyir. Ukraynanın isə  buna getməyəcəyini bilir. Ona görə də burada məkan amilindən daha çox Rusiya tərəfinin nəyi planladığı və nə istədiyi önəmlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri