Icma.az
close
up
RU
Rusiya yeni təxribata hazırlaşır? “Hər an hazır olmalıyıq”

Rusiya yeni təxribata hazırlaşır? “Hər an hazır olmalıyıq”

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin Ermənistanda Rusiyanın hərbi bazasının olması, İran və Türkiyə ilə sərhədlərin Rusiyanın sərhədçiləri tərəfindən qorunması ilə bağlı mesajının çox mənaları var. Çünki biz Ermənistanın nə fikirləşdiyini deyə bilmərik. O cümlədən, Rusiyanın Ermənistanın daxilində hansı ssenariləri icra edə biləcəyi ehtimalı ilə bağlı da heç nə deyə bilmərik. Ancaq Rusiyanın ruporları Ermənistanda Rusiya hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçiriləcəyi ilə bağlı danışırlar. Təbii ki, belə fikirlər Kremlin tapşırığı ilə səsləndirilir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, dövlət başçımızın müsahibəsində səsləndirdiyi fikirlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının ABŞ-nin iştirakı ilə baş verməsi qeyd olunur:

“Vaşinqton səfərinə qədər sülhün əldə olunması ilə bağlı Ermənistandan konstruktiv addımları görmürdük. Amma Vaşinqton səfəri bütün gündəliyi sülhə köklədi, Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət göndərildi, TRİPP dəhlizinin açılması ilə bağlı tələbimizi Ermənistan qəbul etdi. Zəngəzur dəhlizinin açılması və yekun sülhün imzalanması Donald Trampın təşəbbüsündən sonra təsdiqini tapmışdır. Əgər Ermənistan Rusiyanın dəstəyi ilə fikirlərini dəyişərsə, bu, ABŞ-a və bütün dünya ictimaiyyətinə hörmətsizlik olar. Bu baxımdan, Rusiyanın Ermənistan ərazisindən təxribatların törədilməsi ehtimalı aşağıdır, amma tam şəkildə sovuşmadığını hesab edirəm.
Azərbaycan ərazisində nə Rusiyanın, nə də başqa hər hansı bir dövlətin hərbi mövcudluğu yoxdur. Azərbaycan Ordusu baş verə biləcək hər bir təxribata hazırdır və ərazilərin suverenliyini müdafiə etməyə qadirdir. Təbii ki, biz sülh müqaviləsinin imzalanacağına və sülhün yaranacağına arxayın ola bilmərik. Bu baxımdan, Azərbaycan hər bir ssenariyə cavab verməyə hər an hazır olmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri