Icma.az
close
up
RU
“Rusiya zəiflədiyi üçün İranın ümidləri Çinə yönəlib” ŞƏRH

“Rusiya zəiflədiyi üçün İranın ümidləri Çinə yönəlib” ŞƏRH

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“İranın xarici işlər naziri Abbas Əraqçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb.
Pekin İranın ABŞ-a məğlub olmasını əngəlləməyə çalışır. Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van İnin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van İ bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Van İ iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Pekin Vaşinqton və Tel-Əvivdən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır. Bunu Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır”.

Politoloq əlavə edib ki, Pekinin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir:

“Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda “Hörmüz boğazı” ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Çin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu “Hörmüz boğazı” üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, “Hörmüz boğazı” müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun. Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər. Ancaq Pekin “Hörmüz boğazı”nın açılmasını istəsə də, ABŞ-ın boğazın girişini mühasirədə saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki, Çin hakimiyyəti düşünür ki, “Hörmüz boğazı”yla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri