Rusiya zərbəsi nəticəsində Kiyevdəki məscid zədələnib İbadət üçün yararsız hala düşüb
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiyanın növbəti hava hücumu nəticəsində Kiyevdəki əsas məsciddə dağıntılar qeydə alınıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin “Ümmət” baş məscidi Rusiyanın hücumu nəticəsində zədələnib. Bu barədə Ukrayna müsəlmanlarının keçmiş müftisi Səid İsmayılov “Kiyev24” telekanalının efirində məlumat verib. Onun sözlərinə görə, məsciddə insanlar arasında tələfat olmayıb, çünki onlar hava hücumu həyəcan siqnalına ciddi əməl edib və vaxtında sığınacağa gediblər.
“Məscidin həyətində, binada böyük miqdarda qəlpə izləri, ziyan və dağıntılar var”, - İsmayılov qeyd edib. O, həmçinin məscidin döşəmələrinin zədələndiyini bildirib. Yuxarı mərtəbələrdə daha çox zədələnmə olub. Əsas ibadət zalının yerləşdiyi birinci mərtəbədə çərçivələrlə birlikdə pəncərələr də sındırılıb.
Xatırladaq ki, iyulun 31-nə keçən gecə Rusiya Ukraynaya 309 PUA və 8 qanadlı raketlə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələri hücumun əsas istiqamətinin Kiyev şəhəri olduğunu açıqlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















