Rusiyada 100 ə yaxın azərbaycanlını aeropotda saxlayıb bağlı otağa saldılar VİDEO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada azərbaycanlılar hava limanında saxlanılıb.
Lent.az xəbər verir ki, Bakıdan Moskvaya uçan bir neçə azərbaycanlı Jukovski hava limanında saxlanılaraq, şəhərə buraxılmayıblar.
Məlumata görə, həmyerlilərimiz aeroport binasının ikinci mərtəbəsində qapalı və heç bir şəraiti olmayan, qapısı kilidlənən otağa yerləşdirilib. Onların sözlərinə görə, burada saxlanılanlara yemək və su verilmir, həmçinin saxlanılmaları barədə heç bir səbəb də göstərmirlər.
Qeyd edək ki, son bir gündə Rusiyanın müxtəlif hava limanlarında 100-ə yaxın azərbaycanlı ölkəyə daxil olarkən saxlanılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən qeyd olunub ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:
“Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















