Icma.az
close
up
RU
Rusiyada 11 milyon əlil var... “Əlillik dərəcəsi almaq üçün gərək, çox sağlam olasan” (ARAŞDIRMA)

Rusiyada 11 milyon əlil var... “Əlillik dərəcəsi almaq üçün gərək, çox sağlam olasan” (ARAŞDIRMA)

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Statistika Xidməti (Rosstat) ölkədə 11,1 milyon nəfərin əlil statusunda olduğunu açıqlayıb. Rəsmi məlumatlara görə, son illərdə bu göstərici demək olar ki, dəyişməz qalıb. Halbuki, COVID-19 pandemiyası və Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibə Rusiya əhalisinin sağlamlıq vəziyyətinə ciddi təsir göstərib. Ekspertlər hesab edirlər ki, açıqlanan rəqəmlər real vəziyyəti əks etdirmir və azalma əslində statistik manipulyasiyanın nəticəsidir.

2025-ci ilin yayında Rusiya Dövlət Dumasında çıxış edən insan hüquqları üzrə müvəkkil Tatiana Moskalkova da ölkədə əlillərin sayının 11,1 milyon olduğunu bildirib. Lakin bu göstərici beynəlxalq statistika ilə müqayisədə kəskin fərqlənir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ 2012-ci ildə dünya üzrə əlillərin ümumi əhalinin təxminən 16 faizini təşkil etdiyini açıqlamışdı. Bu meyar əsasında hesablandıqda, 146 milyon əhalisi olan Rusiyada əlillərin sayı ən azı 23,3 milyon nəfər olmalı idi.

Maraqlıdır ki, rəsmi məlumatlara əsasən, 2012-ci ildə Rusiyada əlillərin sayı 12,2 milyon, təxminən 15 il əvvəl isə 13 milyon nəfər olub. Yəni pandemiya və müharibə kimi ağır faktorların mövcudluğuna baxmayaraq, rəqəmlər artmaq əvəzinə azalıb. Mütəxəssislər bu tendensiyanı əlillik statusunun əldə edilməsinin ildən-ilə çətinləşdirilməsi ilə izah edirlər.

Əlilliyin tanınması prosesi mərhələli şəkildə sərtləşdirilib

2014-cü ildə qəbul edilən Federal Qanun №419-FZ ilə “orqanizmin funksiyalarının dayanıqlı pozulması və həyat fəaliyyətində məhdudiyyətlər” anlayışı qanunvericiliyə daxil edildi. Mediko-sosial ekspertiza (MSE) üzrə mütəxəssislərin sözlərinə görə, bundan sonra əlilliyin tanınmasında əsas meyar tibbi diaqnoz deyil, şəxsin gündəlik həyat fəaliyyətində nə dərəcədə məhdudiyyət yaşamasıdır. Əgər vətəndaş xəstəliyinə baxmayaraq işləyə və “normal həyat” sürə bilirsə, ona əlillik statusu verilmir.

2015-ci ildə Əmək Nazirliyi MSE üçün yeni, daha sərt meyarlar tətbiq etdi. 2019-cu ildə isə hökumət əlilliyin tanınması prosedurunu yenidən tənzimlədi və bu proses daha da mürəkkəbləşdirildi. COVID-19 dövründə ekspertizaların qiyabi aparılmasına icazə verilsə də, kriteriyalar yumşaldılmadı.

Ən sərt dəyişiklik isə 5 aprel 2022-ci il tarixli hökumət qərarı ilə baş verdi. Mütəxəssislər bu sənədi “drakonik” adlandırır və onun Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsindən sonra gözlənilən əlillik artımının qarşısını almaq məqsədi daşıdığını bildirirlər.

“Drakonik” qaydalar nəyi dəyişdi?

Yeni qərarın 5-ci maddəsində əlilliyin tanınması üçün üç əsas şərt göstərilir:

xəstəlik, travma və ya qüsur nəticəsində orqanizmin funksiyalarının davamlı pozulması;

həyat fəaliyyətinin məhdudlaşması (özünə qulluq, hərəkət, ünsiyyət, davranışa nəzarət, təhsil və ya əmək fəaliyyəti);

reabilitasiya və habilitasiya tədbirlərinə ehtiyac.

Lakin 6-cı maddədə açıq şəkildə qeyd olunur ki, bu şərtlərdən yalnız birinin mövcudluğu əlilliyin tanınması üçün kifayət deyil. Şərtlərin mütləq “kombinasiyası” tələb olunur. Bu isə MSE-yə praktiki olaraq istənilən şəxsə “uyğun kombinasiyanın olmaması” bəhanəsi ilə əlillik verməmək imkanı yaradır.

Məhz bu səbəbdən bəzi MSE mütəxəssisləri işdən ayrıldıqlarını bildirirlər. Onlardan biri deyir: “Bu işin mənası insanlara kömək etmək idi, onlardan imtina etmək yox. Mən buna dözə bilmədim”.

Əlillik statusu “xidmət bazarı”na çevrilir

Aprel qərarından sonra bəzi keçmiş MSE əməkdaşlarının əlilliyin rəsmiləşdirilməsini qeyri-rəsmi gəlir mənbəyinə çevirdiyi bildirilir. Məsələn, Svetlana Danilova adlı şəxs Telegram kanalı vasitəsilə pullu məsləhətlər verir. Qiymətlər açıqlanmasa da, mənbələr bildirir ki, müddətsiz əlillik statusunun alınması xeyli bahadır. Qərarın 52-ci maddəsinə əsasən, I qrup əlillər iki ildən bir, II və III qrup əlillər isə hər il yenidən ekspertizadan keçməlidir. Bu isə əlillərin daim sənəd toplamasını və müayinələrdən keçməsini zəruri edir.

Müddətsiz əlillik statusu nəzərdə tutulsa da, bunun verilməsi qeyri-müəyyən formulirovkalara bağlanıb. Mütəxəssislərin sözlərinə görə, bu, istənilən şəxsə status verməyə də, verməməyə də imkan yaradır.

“50 min indi, 50 min sonra” – real hekayələr

70 yaşlı Marina ürək xəstəliyinə görə koronarografiya keçirdikdən sonra iki stentlə əməliyyat olunub və üçüncü qrup əlillik alıb. Lakin bir ildən sonra statusu təsdiqləmək üçün yenidən eyni ağır proseduru keçməsi tələb olunub. O, həyatını riskə atmamaq üçün əlillikdən imtina etdiyini deyir: “Hər il koronarografiya etsəm, infarktdan əvvəl elə onun özündən öləcəyəm”.

80 yaşlı Sergey Lvoviç isə həkimin dolayısı ilə pul qarşılığında kömək təklif etdiyini düşündüyünü gizlətmir.

Ağır xəstə övladı olan Oksana isə vəziyyəti acı istehza ilə belə ifadə edir: “Rusiyada əlillik almaq üçün gərək çox sağlam olasan”.

Ekspertlərin qənaətinə görə, Rusiyada əlillərin sayının azalması əhalinin sağlamlaşması ilə deyil, əlillik statusunun qəsdən çətinləşdirilməsi ilə bağlıdır. Bu yanaşma sosial ədaləti pozur, real ehtiyacı olan insanların hüquqlarını məhdudlaşdırır və korrupsiya üçün geniş imkanlar yaradır.

Rasim

“AzPolitika”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri