Rusiyada 250 yə yaxın insanın qalıqları tapılıb
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Rusiyanın Pskov vilayətinin Dno rayonunda aparılan axtarış ekspedisiyası zamanı təxminən 250 nəfərin qalıqları aşkarlanıb.
"Kommersant" xəbər verir ki, Böyük Vətən müharibəsi illərində həmin ərazidə nasist konslageri yerləşib.
Qazıntılar "Tələbə yaddaş növbəsi: Şimal-Qərb cəbhəsi" adlı XV regionlararası ekspedisiya çərçivəsində aparılıb. Axtarış işləri artıq başa çatıb.
Aşkarlanan medalyonlar və şəxsi əşyalar vasitəsilə altı hərbçinin kimliyini ilkin olaraq müəyyənləşdirmək mümkün olub. Ekspertiza başa çatdıqdan sonra onların qohumlarının axtarışına başlanılacaq.
Hərbçilərin və mülki şəxslərin qalıqlarının zəruri prosedurlar tamamlandıqdan sonra kütləvi məzarlıqda ehtiramla dəfn edilməsi planlaşdırılır.
Ekspedisiya zamanı toplanan materiallar, həmçinin "Müddəti olmayan tarix" layihəsi çərçivəsində soyqırımı işi üzrə araşdırmaya əlavə edilməsi üçün Rusiya İstintaq Komitəsinə təqdim olunub.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Oktyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















