Icma.az
close
up
RU
Rusiyada alma qıtlığı: Azərbaycan fürsətdən istifadə ETMƏLİDİR

Rusiyada alma qıtlığı: Azərbaycan fürsətdən istifadə ETMƏLİDİR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya mətbuatında yayılan son xəbərlərə görə, ölkədə alma qıtlığı davam edir və bu məsələ Rusiya prezidentinin diqqətindədir. Prezident Vladimir Putin Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo ilə görüşündə ölkədə alma qıtlığının ciddi bir problem olduğunu və bu problemin həlli üçün daha çox inkişafa ehtiyac olduğunu qeyd edib.

Sergey Menyaylo öz növbəsində, regionda 1,5 min hektar ərazini əhatə edən ən böyük alma bağının yerləşdiyini bildirib. Lakin, buna baxmayaraq, regionda alma qıtlığı mövcuddur. 

Qıtlığın səbəbləri

Rusiyada meyvə ticarəti ilə məşğul olan azərbaycanlı sahibkarlar Modern.az-a bildirib ki,  Rusiyanın almaya olan tələbatının böyük hissəsi ölkənin cənub regionlarında yetişdirilən məhsul hesabına ödənilib. Bununla yanaşı, ölkəyə Polşa, Moldova, Türkiyə və digər ölkələrdən alma gətirilib. Bu mövsüm bazarlarda alma qıtlığına bir neçə amil təsir edib. Rusiyada 2024-cü ilin yayında baş verən güclü istilər və quraqlıq, alma məhsulunun istehsalını mənfi şəkildə təsir edib. Hətta bəzi bölgələrdə soyuq iqlimlərə uyğun olmayan məhsul yetişdirildiyindən, daha çox əkin sahəsi ziyan görüb və məhsulun ümumi həcmi azalıb.

Ukrayna müharibəsinin və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsiri altında, Rusiya bazarına daxil olan xarici alma miqdarı azalıb. Bu səbəbdən yerli bazarlarda alma qiymətləri artıb və müəyyən bölgələrdə alma tapmaq çətinləşib.

Rusiyanın daxili bazarlarında qıtlıq həm də daşıma və paylama şəbəkələrindəki problemlərlə əlaqədar yaranıb. Yəni, alma istehsal olunsa belə, onun müxtəlif regionlara çatdırılmasında çətinliklər meydana gəlir.

Bu vəziyyətin nəticəsi olaraq, Rusiya bazarlarında alma qiymətləri artıb və bəzi supermarketlərdə alma tapmaqda çətinliklər yaşanır. 


Bu vəziyyətin ölkə üzrə yayılmasının səbəblərindən biri, avqust ayında baş vermiş may şaxtaları olub. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu şaxtalar səbəbindən almaların 70 faizə  qədəri zədələnib və bu da məhsulun ümumi istehsalını əhəmiyyətli dərəcədə azaldıb.

Alma qıtlığını aradan qaldırmaq üçün alternativlər axtarışında

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut bir müddət öncə  bildirib ki, ötən  il Rusiyanın alma təminatı 87 faiz olub  və hökumət 2028-ci ildə bu rəqəmi 100 faizə çatdırmaq niyyətindədir. Lakin, təbiət hadisələri və istehsalın çətinlikləri bu planın həyata keçirilməsini təxirə salıb.

Qıtlığın qarşısını almaq məqsədilə, Rusiya hökuməti itirilmiş alma məhsulunu xarici ölkələrdən gətirilən tədarüklərlə əvəz etməyə çalışacaq. Bu məqsədlə Azərbaycan, Ermənistan, Türkiyə, Serbiya, Çin, Belarus, Dnestryanı və Şimali Koreya kimi ölkələrdən alma idxal etmək niyyətindədir. Bu tədbir, yerli bazarlarda alma qıtlığını azaltmağa və qiymətləri nizamlamaya yönələcək.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün alma istehsalının 1,6 milyon ton olacağını proqnozlaşdırır. Əvvəlki il Rusiyaya 400 min ton alma idxal edilib, lakin bu il bağbanlar çoxlu sayda xarici alma gətirilməsini istəyirlər ki, daxili bazarda qiymətlərin enməsinin qarşısı alınsın.

Rostov vilayətində alma qiymətləri 2023-cü illə müqayisədə bir qədər yüksəlib. Almanın topdansatış qiyməti 50-80 rubldan başlayır, lakin ticarət şəbəkələri qiymətləri artırır, bəzən 120 rubla qədər yüksəlir. Bu artım inflyasiya və loqistika xərcləri ilə bağlıdır.

Rusiya həmçinin 2028-ci ilədək daxili istehsalı artırmaq və yerli bazarlarda öz alma ehtiyaclarını tam təmin etmək məqsədini güdür. Bu məqsədə çatmaq üçün kənd təsərrüfatı sektorunda təkmilləşdirmələr və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. 

Qiymətlər dollarla sabitdir, rublla artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin 10 ayında Azərbaycan xaricə 43 milyon dollar dəyərində 67 min ton alma ixrac edib. Hər tonu təxminən 642 dollara. 

Rusiyanın "AB-Center" Ekspert-Analitik Mərkəzi tərəfindən hazırlanmış "Meyvə və Giləmeyvələr" üzrə  bazar icmalı çərçivəsində Azərbaycandan Rusiyaya alma idxalı ilə bağlı məlumatlar təqdim edilir.  Məlumatda qeyd edilir ki, 2023-ci ildə Azərbaycandan Rusiyaya alma ixracı 79,5 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,2 faiz (2,4 min ton) artım deməkdir. 

2024-cü ilin birinci yarısında ixracın həcmin 29,3 min ton olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz (3,1 min ton) azalma deməkdir.

2023-cü ildə  Rusiyaya Azərbaycan almasının tonu 650,6  dollara satılıb. Bu il qiymətlər dollar ifadəsində dəyişməsə də rublla 30 faizədək artıb. 2024-cü ilin yanvar-iyun aylarında isə məhsulun hər tonunun qiyməti 672 dollara qalxıb. 


Azərbaycandan alma tədarükü danışıqlar masasında 

Azərbaycandan Rusiyaya alma ixracı məsələsi Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin  rəhbəri Sergey Dankvert arasında görüşdə də müzakirə olunub.

Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və məhsulların Rusiya-Azərbaycan sərhədindən keçirilməsi prosedurunun sürətləndirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi və yaxın vaxtlarda bununla bağlı iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə əlavə danışıqların aparılması təklif olunub. İclasda Azərbaycandan Rusiyaya pomidor və alma ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

 Qeyd olunub ki, 2020-ci il 10 dekabr tarixindən "Rosselxoznadzor" tərəfindən tətbiq edilmiş məhdudiyyətlər əməkdaşlığın genişləndirilməsi və aparılan birgə videomonitorinqlər zamanı məhsullardan götürülən nümunələrin fitosanitar ekspertizası nəticəsində tədricən aradan qaldırılır. Bu da getdikcə alma və pomidor tədarükünün daha da artırılmasına imkan verir. Hazırda Rusiya Fedarasiyasına Azərbaycanın  70 təsərrüfatından isə alma tədarükü mümkündür.

Danışıqlar zamanı razılığa gəlinib ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq “Rosselxoznadzor”a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.

Alma yetişdirilməsi rentabellidirmi?

Mütəxəssislər deyir ki, alma mötədil bitkidir. Yer kürəsinin mülayim iqlim qurşağında yerləşən bütün bölgələrdə alma istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti vardır. Son 20 ildə dünyada alma istehsalı 66,8% artmışdır və hal-hazırda dünyada alma istehsalı 69-70 milyon ton civarındadır. Dünyada 4,9 milyon hektar sahədə alma yetişdirilir. Bu sahələrin 75 faizi Asiya və Avropa qitələrində yerləşir. Alma istehsalında dünya birincisi olan Çin istehsalının 48 faizini təmin edir. 

Son onillikdə əsasən Avropa ölkələri (Polşa istisna olmaqla) və ABŞ-da yeni texnologiyaların, sıx əkin sısteminin tətbiqi və daha məhsuldar sortların istifadəsi nəticəsində bağ əkin sahələri 508,591 hektar azalsa da, bir hektardan orta məhsuldarlıq 8,15 tondan 14,2 tona yüksəlib. 

Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası alma istehsalının 72,2 faizini təmin edir. Azərbaycanın torpaq və iqlim şəraiti və dünyanın ən böyük alma idxalçısı olan Rusiya Federasiyası ilə həmsərhəd olması alma istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir.


Respublikamızda əsasən  almanın 300-dən çox müxtəlif sortları becərilir. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir.  Intensiv tipli alma bağından yüksək məhsul əldə etməklə hər hektardan 5000-5500 manat mənfəət alınır. Rentabellik səviyyəsi 55 faizdən çox olur. 


Azərbaycanda alma istehsalının artırılması və ixracı üçün bağların sahəsinin 50 min hektara çatdırılması,  mövcud alma bağlarının intensivləşdirilməsi, alma istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməsi mühüm əhəmiyyətə malikdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see183

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see169

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see130

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see125

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see125

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see121

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see121

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see118

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see115

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see115

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see114

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see114

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see114

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see112

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see112

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri