Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər, o cümlədən 11 yaşlı uşaq xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, qəza Bratsk şəhərinin Mərkəzi rayonunda yerləşən işıqforla tənzimlənən yolayrıcında "PAZ" markalı sərnişin avtobusu ilə Shacman markalı özüboşaldan yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı Bratsk–Vodozabornıye Daçi marşrutu üzrə hərəkət edən avtobusda 25 sərnişin olub. Qəza nəticəsində 11 sərnişinə, o cümlədən 11 yaşlı bir uşağa tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır. Faktla bağlı yoxlama təyin edilib və araşdırmanın nəticəsinə uyğun hüquqi qərar veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 Avqust 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















