Rusiyada avtomobil icarəsi şirkəti elektromobildən imtina edir
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın tanınmış avtomobil icarəsi şirkəti “Sitidrayv” elektromobil almaqdan imtina edib.
Avtosfer.az xəbər verir ki, şirkət elektromobillərin az gəlir gətirdiyini iddia edir. Bildirilir ki, balansda olan 100 ədəd elektromobilin batareyalarının hər gün doldurulması şirkət əməkdaşlarının vaxtını aparır. Nə Moskva, nə də Peterburqdakı infrastruktur karşerinq şirkətləri üçün əlverişlidir.
Daha cidid problem isə elektromobillərə texniki qulluqla bağlıdır. Bu texnikanın təmiri üzrə peşəkar servislər yox dərəcəsindədir.
Üçüncü məsələ isə işlənmiş elektromobil bazarının yoxluğdur. Şirkət rəsmiləri bildirirlər ki, hazırda Rusdiyada işlənmiş Tesla çox çətinliklə satılır. Moskviçi isə ümumiyyətlə alan olmayacaq.
Şirkət daha əvvəl aldığı elektromobillərin istismarına davam etsə də, növbəti mərhələdə yalnız benzin mühərrikli avtomobillər almağı planlaşdırır. Məqsəd gündəlik vaxt itkisinin qarşısını almaqdır.
Vüqar


