Rusiyada axtarış xilasetmə dəstəsinin üzvü olan qadın meşədə vəhşicəsinə öldürüldü
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Buryatiya Respublikasında "LizaAlert" axtarış-xilasetmə dəstəsinin könüllüsü, "Manyunya" çağırış adı ilə tanınan Mariya Lubsanovanı keçmiş əri qısqanclıq zəminində qətlə yetirib, sonra isə özü intihar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Qazeta RB" məlumat verir.
Bildirilir ki, bundan əvvəl kişi qadını Klyuçi kəndi yaxınlığındakı meşəyə aparıb.
Nəşrin məlumatına görə, müşahidə kameralarına əks olunan videoda görünür ki, keçmiş ər Lubsanovanı qaçırmayıb, qadın onun maşınına özü minib.
Nəşrin mənbəsinin sözlərinə görə, qətlin törədildiyi yerdəki izlər deməyə əsas verir ki, qatil və qurban uzun müddət söhbət ediblər.
Qeyd edilir ki, ölümündən bir müddət əvvəl Lubsanova müharibə iştirakçıları arasındakı həmyerlilərinə dəstək olmaq üçün getdiyi Mariupoldan qayıdıb.
Regional İstintaq Komitəsindən bildirilib ki, iyunun 5-də respublikanın İvolginski rayonunun Klyuçi kəndi yaxınlığındakı meşədə sinəsində və qollarında bıçaq xəsarətləri olan qadın cəsədi tapılıb. Faktla bağlı "Adam öldürmə" maddəsi üzrə cinayət işi açılıb.
"Zərərçəkənin keçmiş əri cinayəti törətməkdə şübhəli bilinir", - deyə qurumdan bildirilib.
"LizaAlert" - itkin düşmüş insanları axtarmaq üçün qeyri-kommersiya axtarış-xilasetmə könüllü təşkilatıdır. O, həmçinin "LizaAlert" axtarış-xilasetmə komandası kimi tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















