Icma.az
close
up
RU
Rusiyada ayı insanlara hücum etdi: Ölən və yaralanan var Hadisə anından GÖRÜNTÜLƏR

Rusiyada ayı insanlara hücum etdi: Ölən və yaralanan var Hadisə anından GÖRÜNTÜLƏR

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində insanlar ayının hücumuna məruz qalıblar. Hadisə nəticəsində bir qadın həlak olub, bir yeniyetmə isə yüngül xəsarətlərlə canını qurtara bilib.

Bu barədə Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir.

Bununla bağlı yayılan kadrlardan görünür ki, yırtıcı əvvəlcə bir kişiyə hücum edib. Ancaq yerli sakin zirək tərpənib, cəld maşına atılıb və qapını bağlayıb. Ayı bir neçə dəfə maşına pəncəsi ilə zərbə endirdikdən sonra ərazidən uzaqlaşıb.

Vəhşi heyvan sonra yeniyetməyə hücum edib. Məktəbli qaçsa da, ayı onu haqlayıb və çantasına pəncəsi ilə zərbə endirib, nəticədə yeniyetmə yıxılıb, gicgahı və dizlərindən zərbə alıb. O, həyatını xilas etmək üçün özünü ölülüyə vurub. Ayı onun öldüyünü düşünərək ərazidən uzaqlaşıb. Uşaq təhlükənin sovuşduğunu anladıqda yavaşca sürünərək oradan uzaqlaşıb.

Ayı daha sonra məktəb stadionunun ərazisində bir qadına hücum edib. Zərərçəkən qadın başından və əlindən ağır yara alıb. Kamçatka Vilayət Xəstəxanasına çatdırılan qadını həkimlər xilas edə bilməyiblər.

Ovçular heyvanı zərərsizləşdiriblər.

"Ayı stadionun küncünə sıxılmış qadının üstündə idi. Bir ovçu tüfənglə stadiona qaçdı. Ayı qalxaraq ovçuya tərəf getməyə başladı. Ayı nəhəng idi. Ovçu atəş açdı - mən üç dəfəsini saydım, sonra əminlik üçün bir dəfə də atəş açdı", - deyə baş verən hadisənin şahidi hüquq-mühafizə orqanı əməkdaşlarına danışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see121

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

08 Noyabr 2025 21:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri