Icma.az
close
up
RU
Rusiyada azərbaycanlı iş adamını oğurlayıb meşədə öldürən futbolçu həbs olundu

Rusiyada azərbaycanlı iş adamını oğurlayıb meşədə öldürən futbolçu həbs olundu

Rusiyada beş ortağı ilə birlikdə azərbaycanlı iş adamı Səmrat Cavadovun oğurlanması və amansız işgəncə verilməsi işində ittiham olunan Obninsk şəhərinin "Kvant" futbol klubunun futbolçusu Vitali Melnikov Moskva vilayətində həbs edilib.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq, Çexov şəhər rayonundakı meşəyə aparıb və orada işgəncə verib, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Xatırladaq ki, azərbaycanlı iş adamı 30 yaşlı Səmrat Ədalət oğlu Cavadov oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb.

seeBaxış sayı:21
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri