Rusiyada azərbaycanlı tələbəyə 15 il həbs cəzası VERİLDİ DETALLAR
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Murmansk Arktika Universitetinin 23 yaşlı tələbəsi, etnik azərbaycanlı Rafael Məmmədov İsmət oğlu barəsində ağır məhkəmə hökmü çıxarılıb.
Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, Məhkəmə gənci «dövlətə xəyanət» və «terror təşkilatında iştirak»da təqsirli bilib.
Məhkəmənin qərarına əsasən, o, cəzasının ilk 3 ilini həbsxanada, qalan 12 ilini isə ciddi rejimli islah-əmək müstəmləkəsində (koloniyada) keçirəcək. Bu cür ağır cinayət təqibinə səbəb Məmmədovun hazırda 340-dan bir az çox abunəçisi olan «Azad Laplandiya» («Свободная Лапландия») adlı “Telegram” kanalı olub.
Kanalın müəllifi burada Kola Şimalının tarixi, mədəniyyəti və mifologiyasına həsr olunmuş postlar və memlər paylaşırmış. Tarixi kontentlə yanaşı, kanalda mövcud Rusiya hakimiyyətini tənqid edən və regionun dekolonizasiyası (müstəmləkəçilikdən azad edilməsi) ehtiyacına dair mülahizələr əks olunan materiallar da yer alıb.
Qeyd edək ki, Ötən il Rusiyanın hüquq-mühafizə orqanları və məhkəməsi bu kiçik regional resursu terrorçu elan edib. Güc strukturları iddia ediblər ki, kanalın Rusiya Federasiyasında qadağan olunmuş «Post-Rusiya Azad Dövlətləri Forumu» ilə guya birbaşa əlaqəsi var.
Onu da bildirək ki, istintaq Təcridxanasında (SİZO) olduğu müddətdə Rafael Məmmədovun iki dəfə intihara cəhd etdiyi iddia olunur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 02 İyun 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















