Rusiyada azərbaycanlılara qarşı daha bir ƏMƏLİYYAT: həbs olunanlar var
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
News24.az lent.az-a istinadla bildirir ki, təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı - 41 yaşlı azərbaycanlılar yerliləri E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar.
Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb.
Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işlərinin başlanıb.
Qeyd edək ki, ötən həftə keçirilən əməliyyatlarda 6 azərbaycanlıdan ibarət dəstə saxlanılıb. Onlar saxta siqaretlərin qanunsuz dövriyyəsində şübhəli biliniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Yanvar 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















