Rusiyada azərbaycanlıya qarşı CİNAYƏT İŞİ: 2 milyonluq mənzili müsadirə edildi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan 9 həmvətənini qeydiyyata alıb.
Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.
Azərbaycanlının mənzilində qeydiyyata aldığı şəxslərin hamısı qonşu yaşayış məntəqəsində yerləşən mişar sexində işləyiblər. Orada ustabaşı kimi çalışan tanışı ondan bu "xidməti" xahiş edib və qarşılığında kommunal xərcləri ödəyib.
Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilib, ona 200 min rubl cərimə kəsib və təxminən 2 milyon rubl dəyərində olan mənzilini də müsadirə edib.
"Müttəhimə məxsus mənzil cinayətlərin törədilməsində vasitə kimi istifadə olunub, üstəlik bu yaşayış sahəsi müttəhim tərəfindən yaşayış üçün istifadə edilmir. Bu səbəbdən sözügedən mənzil dövlət mülkiyyətinə məcburi və əvəzsiz şəkildə müsadirə edilməlidir", - deyə məhkəmə materiallarında qeyd olunub.
Məhkumun vəkili Zarina Adıyeva hökmün vilayət məhkəməsində yenidən baxılması üçün apellyasiya şikayəti hazırlayıb.
"Bu halda mənzil cinayətin törədilmə vasitəsi sayıla və deməli, müsadirə edilə bilməz. Əgər bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların baş verdiyi mənzilləri də müsadirə etməliyik", - deyə o bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 31 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















