Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun (TsNİİmaş) ərazisində yanğın baş verib.
Bu barədə "İzvestiya" operativ xidmətlərə istinadən məlumat yayıb.
İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisənin texnogen xarakter daşıdığı bildirilir.
Məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, TsNİİmaş Rusiyanın raket-kosmik sənayesinin əsas müəssisələrindən biridir. İnstitut ballistik raketlər, peyk kəşfiyyatı və naviqasiya sistemləri, kosmik texnikanın hazırlanması, sınaqları və istismarı ilə bağlı elmi tədqiqatlar aparır.
Bu mövzuda digər xəbərlər:Rusiyada ballistik raketlərin hazırlandığı mərkəzdə yanğın
05 Avqust 2026 19:45
Rusiyada yanğın
18 Mart 2025 10:07
Rusiyada yanğın olub, ölənlər var
16 Mart 2025 10:30
Rusiyada Proton zavoduna raketlər dəydi
07 Noyabr 2026 10:48
Rusiyada qatarda yanğın oldu
22 Sentyabr 2025 16:44
Baxış sayı:197
Bu xəbər 05 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















