Rusiyada barıt zavodunda ölənlərin sayı 11 ə, yaralananların sayı 130 a çatıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.
Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. 130 zərərçəkənə tibbi yardım göstərilib, onlardan 29-u xəstəxanaya yerləşdirilib.
Əməliyyat qərargahı 13 xəstənin hazırda Ryazanda xəstəxanalarda olduğunu, 16 nəfərin isə Moskvadakı federal tibb mərkəzlərinə köçürüldüyünü bildirib.
Xilasedicilər fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmağa davam edir.
“Fövqəladə vəziyyət elan edilib, hadisə yerinə giriş qadağan edilib”, - operativ qərargahdan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Avqust 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















