Rusiyada bu hərbi zavoda hücum olub VİDEO
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Bu gün səhər saatlarında Rusiyanın Nijni Novqorod vilayətinin Arzamas şəhərində yerləşən Arzamas Hərbi Zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücumun hədəfi hərbi və mülki təyinatlı aviasiya və kosmik sistemlər üçün məhsullar istehsal edən müəssisə olub.
Məlumata görə, hücum təxminən səhər saat 04:00 radələrində başlayıb. Şəhər səmasında ən azı 5 PUA müşahidə edilib, ardınca isə bir neçə güclü partlayış səsi eşidilib. "Teleqram" kanallarında zavoda zərbə anını əks etdirən videolar da yayılıb.
“Milyitarni” nəşrinin yazdığına görə, 1957-ci ildə əsası qoyulan Arzamas zavodu Rusiya üçün strateji əhəmiyyətə malikdir və hərbi, eləcə də mülki təyinatlı aviasiya və kosmik sistemlər üçün avadanlıqlar istehsal edir. Müəssisə Ukrayna dövlət sərhədindən təxminən 800 km məsafədə yerləşir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Avqust 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















