Icma.az
close
up
RU
Rusiyada çağırışçılar döyüş bölgəsinə göndərilir 5 əsgərin ölümü təsdiqləndi

Rusiyada çağırışçılar döyüş bölgəsinə göndərilir 5 əsgərin ölümü təsdiqləndi

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin 5 hərbçisi Belqorod vilayətində mərminin partlaması nəticəsində həlak olub.

BAKU.WS xəbər verir ki, onların hamısı yeni çağırışçılar olub və cəbhə bölgəsinə yaxın mövqelərə yeni göndəriliblər.

"74.ru" nəşrinin məlumatına görə, həlak olan hərbçilərdən biri olan Artyom Jerebtsovun atası Sergey Jerebtsov bildirib ki, hadisə 2025-ci ilin yanvarında baş verib. Rusiya hərbçiləri Belqorod vilayətində mövqelərinə gəlib, orada blindaj qazıblar və təxminən 10 gün sığınacaqda qalıblar.

Yanvarın 11-də onların mövqeyinə Ukrayna tərəfindən atılan mərmi düşüb. Nəticədə, əsgərlər torpaq altında qalıblar və həyatlarını itiriblər.

Blindaj Nexoteyevka kəndi yaxınlığında yerləşib. Həlak olanlar Çelyabinskdən Artem Zherebtsovdan başqa ikisi Nalçikdən, biri Samara vilayətindən və Çelyabinskdən digər həmyerlisi olub.

Məlumata görə, Jerebtsovun dəfn mərasimi üç həftə sonra – fevralın 2-də keçirilib. Mərasimdə iştirak edən komissar təsdiqləyib ki, çağırışçı dövlət sərhədinin qorunması ilə bağlı döyüş tapşırıqları yerinə yetirirmiş. Onun ailəsinə göndərilən rəsmi bildirişdə də əsgərin sərhəd bölgəsində döyüş vəzifəsini icra edərkən həlak olduğu qeyd edilib.

Çağırışçıların döyüş bölgəsinə göndərilməsi nə qədər doğrudur?

"74.Ru" nəşrinə danışan hüquqşünas Timofey Vaskin bildirib ki, hazırda çağırışçıların döyüş əməliyyatlarına göndərilməsinə hüquqi maneə yoxdur.

2015-ci ildə qanunlara edilən dəyişikliklərə əsasən, çağırışçı əsgərlər hərbi-ucot ixtisasları üzrə hazırlıq keçdikdən və dörd aydan çox xidmət etdikdən sonra döyüş bölgəsinə göndərilə bilərlər. Hərbçini onun razılığı olmadan da başqa xidmət yerinə köçürmək mümkündür – bu da Rusiya Federasiyası ərazisində icazəlidir. Döyüş bölgəsi anlayışı rəsmi olaraq hüquqi sənədlərdə hələ də müəyyən edilməyib. Bununla yanaşı, Belqorod vilayətində avqustdan etibarən "Terror əleyhinə əməliyyat rejimi" tətbiq edilib və bu zonalarda da çağırışçıların xidmət etməsinə icazə verilir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, payız çağırış kampaniyası çərçivəsində səfərbər olunan əsgərlər yeni "Rusiya bölgələrinə" göndərilməyəcək və xüsusi hərbi əməliyyatlarda iştirak etməyəcəklər.

Lakin internetdə bunun əksini göstərən çoxlu real hekayələr yayılmağa başlayıb.

2024-cü ilin yayında bir rus çağırışçısının Ukrayna ordusunun üstün qüvvələri ilə döyüşə girdiyi xəbərləri yayılmışdı. Dörd çağırışçı 39 gün Ukrayna ordusunun mühasirəsində qalıb. Onların yalnız bir neçə daraq patronu və bir neçə qumbarası var idi. Bir neçə ay əvvəl başqa bir çağırışçı Ukrayna ordusunun briqadasının hücumunu dəf etdiyi və itkilər vermədiyi barədə məlumat yayılmışdı.

Bu hadisələr, Rusiya hakimiyyətinin rəsmi açıqlamaları ilə real vəziyyət arasında fərq olduğunu göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri