Rusiyada çinli fəhlələr maaşların verilməməsinə görə etiraz edirlər VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Komsomolsk-na-Amure şəhərində neft emalı zavodunda çalışan çinli fəhlələr maaşların ödənilməməsinə etiraz olaraq aksiya keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı məlumat yayıb.
Etirazçılarla görüşmək üçün şəhər meri Dmitri Zaplutayev operativ şəkildə hadisə yerinə yollanıb.
O bildirib ki, xarici işçilərin aksiyasının məqsədi məhz gecikdirilən maaşlarla bağlı vəziyyətə diqqət çəkmək olub. Zaplutayevin sözlərinə görə, şəhər administrasiyası və hüquq-mühafizə orqanları çinli fəhlələrlə danışıqlar aparır, o özü isə zavod rəhbərliyi və podratçı ilə görüş keçirmək üçün neft emalı müəssisəsinə gedib.
Bizim.Media
Baxış sayı:119
Bu xəbər 12 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















