Rusiyada çıxış edəcək amerikalı şahmatçıdan tənqidlərə CAVAB FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Şahmat əsrlər boyu insanları birləşdirən, müxtəlif mədəniyyətlər üçün ortaq dil rolunu oynayan bir oyundur".
İdman.biz xəbər verir ki, bu sözlər Rusiyada turnirdə çıxış edəcəyinə görə ona ünvanlanan tənqidlərə cavab verən amerikalı qrossmeyster Hans Niemanna məxsusdir.
21 yaşlı şahmatçı sosial şəbəkə hesabında fikrini belə tamamlayıb: "Fişer hər yerdə oynayırdı və mən də eynisini edəcəyəm, çünki şahmatın əsas mahiyyəti dahiliyə can atmaqdır. Şahmat sevgisinə görə ən yüksək səviyyədə oynamaq üçün azarkeşlərimin olduğu hər yerə gedəcəyəm”.
Niemann fevralın 28-dən martın 7-dək Moskvada keçiriləcək "Aeroflot Open" turnirində çıxış edəcək.
Qeyd edək ki, Rusiyadakı yarışda Azərbaycan şahmatçısı Aydın Süleymanlı da qələbə uğrunda mübarizə aparacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















