Rusiyada dəhşətli hadisə: Məktəbli qız tövlədə donuzlar tərəfindən parçalandı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, Uşkanka kəndində (Krasnoyarsk diyarı) donuz axurunda heyvanlar tərəfindən didişdirilmiş məktəblinin cəsədi tapılıb.
Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə yerli prokurorluq orqanı məlumat yayıb.
Bildirilir ki, 11-ci sinif şagirdi olan 17 yaşlı qızın başında və bədənində çoxsaylı xəsarətlər olub. Heyvanlar onu parçalayanda sağ olub-olmadığını məhkəmə-tibb ekspertləri müəyyən edəcəklər.
Qızı gecə yarısına yaxın onunla görüşə gələn həmyaşıd dostu aşkar edib. Məlumata görə, dostu qızı evdə tapa bilməyib, tövləni yoxlayanda isə dəhşətli mənzərə ilə üzləşib. O, kömək üçün qonşulara qaçıb, lakin qızı xilas etmək artıq gec olub. Hadisə yerinə gələn tibb işçiləri yalnız ölümü təsdiq edə biliblər.
Məktəblinin ölümünün təfərrüatını hüquq-mühafizə orqanları araşdırırlar. Hadisə yerinə dərhal Ujur rayonunun prokuroru gəlib və şəxsən istintaq-əməliyyat qrupunun işinə rəhbərlik edir.
Bildirilir ki, mərhumun ailəsinin gəlir mənbələrindən biri heyvandarlıq olub. Onlar Krasnoyarska ət satmağa gediblər və qızlarına heyvanlara baxmağı tapşırıblar. Məktəblinin bunu dəfələrlə etdiyi vurğulanıb.
Mərhumun cəsədi artıq məhkəmə-tibbi ekspertizaya göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















