Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Volqoqrad şəhərində dəhşətli qəza hadisəsi baş verib.
UAZ markalı katafalk (cənazə maşını - cənazəni dəfn yerinə aparmaq üçün nəzərdə tutulan maşın) yeraltı keçidə girib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Gazeta.ru nəşri məlumat verib.
Məlumata görə, cənazə maşınının sürücüsü sürət həddini pozub və yeraltı keçidin hasarına çırpılıb. Daha sonra furqon bir neçə dəfə yuvarlanıb və keçidin pilləkənlərinin üzərinə düşüb. Sürücü həyatını itirib.
"Yavaş hərəkət etməli olan avtomobil zərbənin təsirindən parça-parça oldu, sürücü isə bir neçə metr havaya uçdu", - deyə nəşr qeyd edib.
UAZ-ın qəzaya uğraması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin regional idarəsi təsdiqləyib.
Yayımlanan kadrlarda maşının aşdığı anda mərkəzdənqaçma qüvvəsinin təsiri ilə insanın kənara atıldığı əks olunub. O, trolleybus naqillərinin üstündən uçaraq asfaltın üzərinə düşüb.
Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 02 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















