Icma.az
close
up
RU
Rusiyada Durova cinayət işi açıldı Crocus City Hall dakı terrorla bağlı iddia

Rusiyada Durova cinayət işi açıldı Crocus City Hall dakı terrorla bağlı iddia

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Teleqramın qurucusu Pavel Durova Rusiyada terrorçuluğa yardım ittihamı ilə cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, ittiham teleqram platformasında aparılan yazışmalar və fəaliyyətlə əlaqələndirilir.

Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib ki, 2022-ci ildən etibarən Rusiyada teleqram vasitəsilə baş verən 153 mindən çox cinayət qeydə alınıb. Onların bir hissəsi terrorizm və ekstremizmlə, partlayışların təşkili, hərbi komissarlıqların yandırılması və qətllərlə əlaqəli olub. Xüsusilə, 2024-cü ilin martında "Crocus City Hall"da baş verən terror aktının teleqram vasitəsilə koordinasiya edildiyi açıqlanıb.

41 yaşlı Durov hələlik onun ünvanına səsləndirilən ittihamlarla bağlı açıqlama verməyib. 

Xatırladaq ki, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall"da terror aktı 2024-cü ilin martın 22-də axşam saatlarında baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq qarşısına çıxan hər kəsi güllələyib və yanğın törədib. Konsert zalının üzərindəki dam uçub. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox adam yaralanıb.

Qeyd edək ki, hazırda Durova qarşı oxşar cinayət işi Fransada da araşdırılır. Ona xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina ittihamı irəli sürülüb. Milyarder isə bu ölkənin ona qarşı addımlarını tənqid edərək Fransanı "azad olmayan ölkə" adlandırıb. Durov dəfələrlə bəyan edib ki, təqibin əsl məqsədi guya hakimiyyət orqanlarının vətəndaşlar üzərində nəzarəti ələ keçirmək cəhdidir. Durov son illərdə Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Onu da əlavə edək ki, Durov son açıqlamasında Rusiyada teleqrama tətdiq olunan məhdudiyyətləri "vətəndaşların azadlığının məhdudlaşdırılması" adlandırıb və baş verənləri səkkiz il əvvəl İranda yaşananlara bənzədib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri