Rusiyada erməniəsilli blogerə qarşı “ekstremizm” ittihamı irəli sürülüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Moskva, 5 iyun, AZƏRTAC
İyunun 3-də Moskvada Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan erməniəsilli bloger Areq Samveloviç Şepixinə qarşı “ekstremizm” maddəsi ilə cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi, həmçinin saxlanılma faktı üzrə “adam oğurluğu” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açıldığını bildirib. Təqsirləndirilən 6 şəxsə qarşı ittiham irəli sürülüb.
Bundan əvvəl sosial şəbəkələrdə paytaxtdakı Yaroslavsk vağzalının ərazisindən bir nəfərin avtomobilə mindirilərək aparıldığını əks etdirən video yayılıb. Hakimiyyət orqanlarının bildirdiyinə görə, Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədilə törətdiyi ictimai hərəkətlər faktı ilə bağlı araşdırma aparılır.
Areq Şepixinin sosial şəbəkələrdə ekstremist xarakterli bəyanatlar yaydığı, zorakılığa və ksenofobiyaya çağırdığı, müsəlmanların dini hisslərini təhqir etdiyi, həmçinin azyaşlılara qarşı təhdidlər dərc etdiyi vurğulanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 İyun 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















