Rusiyada futbolçu qətldə şübhəli bilinərək həbs edildi
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva vilayətinin Domodedovo şəhərində rusiyalı futbolçu Vitali Melnikov da daxil olmaqla 6 gənc bir nəfəri qaçıraraq işgəncə ilə öldürüblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Oğurlanan 30 yaşlı kişinin oktyabrın 31-dən itkin düşdüyü bildirilib. Onun meyiti noyabrın 14-də meşədə tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqda bildirilib ki, cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində kişini vəhşicəsinə döyüblər. Kişi huşunu itirdikdən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə ölüb.
Polislər futbolçu və digər şəxslər barəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma” və “Oğurluq” maddələri ilə cinayət işi açıblar.
Qeyd edək ki, Vitali Melnikov "Kvant" klubunun futbolçusudur.
Gülayə Mecid
Baxış sayı:143
Bu xəbər 29 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















