Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Rusiyada halal məhsulları marketlərdən yığışdıracaqlar?

Rusiyada halal məhsulları marketlərdən yığışdıracaqlar?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyada Rus Pravoslav Kilsəsinə yaxın mühafizəkar və millətçi çevrələr supermarket rəflərində getdikcə daha çox yayılan halal sertifikatlı məhsulları hədəfə alan yeni bir müzakirə başladıb.

"Cebheinfo.az" xəbər verir ki, “Halallaşma” adlandırılan bu proses müsəlmanlar üçün uyğunluğu sertifikatlaşdırılan məhsulların sayının artmasını ifadə edir. Tənqidçilər bunu rus kimliyinə və dünyəvi dövlət prinsipinə yönəlmiş təhdid kimi təqdim edirlər.

Müzakirə təkcə qida məhsulları ilə məhdudlaşmır. Çox geniş istehlak malları spektrini əhatə edən halal sertifikatlarının yayılması üzərində cəmlənir. Rus millətçi-pravoslav müxalif çevrələri iddia edirlər ki, bu işarələr istehsalçılar və pərakəndə satıcılar tərəfindən sayları artan müsəlman əmək miqrantlarını cəlb etmək məqsədilə istifadə olunur.

Kommunist Partiyasının deputatı Mixail Matveyev sosial şəbəkələrdə diqqəti çəkən bir sual səsləndirib:

“Halal işarəsinin yanına "Rus Pravoslav Kilsəsi tərəfindən təqdis olunub" işarəsi qoymaq olarmı? Əgər olmazsa, niyə dünyəvi dövlət məhsullar üzərində dini işarələr vasitəsilə ayrı-seçkiliyə icazə verir?”

Matveyev İnsan Hüquqları üzrə Ombudsman Tatyana Moskalkovaya ünvanladığı müraciətdə bu praktikanın halal istehsal aparılan müəssisələrdə dini əsaslı iş ayrı-seçkiliyinə yol aça biləcəyini və digər inanclara mənsub istehlakçılar üçün dini məhdudiyyətlər yarada biləcəyini iddia edib. Moskalkovanın isə bu mövzuda hər hansı rəsmi müraciət almadığını bildirdiyi qeyd olunur.

Rus Pravoslav Kilsəsinin (RPK) yüksək dini rütbəli nümayəndələri də müzakirəyə qoşularaq sertifikat əleyhinə ritorikanı gücləndiriblər. Sinodal Missionerlik Şöbəsinin rəhbəri, baş yepiskop Savva Tutunov halal sertifikatlaşdırılmasının müsəlmanların dini ehtiyaclarını qarşılamaq məqsədini aşaraq “dini-siyasi, sivilizasion hücumun sübutuna” çevrildiyini iddia edib.

Tutunov sertifikatı “qalanın ələ keçirilməsi zamanı qaldırılan bayraq” kimi xarakterizə edib. Sosial media bloqunda müsəlmanlara qarşı sərt ifadələr işlədərək yazıb:

“İstehsalçıların bu yaltaqlığının əsas səbəblərindən biri radikal islamçıların kütləvi şəkildə gətirilməsi və ideoloji emal edilməsidir; onlar həyat tərzimizi öz standartlarına uyğunlaşdırmağımızı tələb edirlər”.

Baş yepiskop Savva vurğulayıb ki, hər bir ictimai dəyişiklik “Rus Pravoslav əsaslarına” uyğun olub-olmaması baxımından qiymətləndirilməlidir.

Halal mövzusu Rusiyada son illərdə İslamın ictimai təcəssümü ətrafında yaranan gərginliklərin ən son nümunəsidir. Pravoslav-mühafizəkar çevrələr daha əvvəl niqab (üzü örtən baş örtüyü) əleyhinə çıxışlar etmiş, müsəlman müştəriləri “incitməmək” üçün dövlət gerbi və ya kilsə təsvirlərindəki xaçların götürülməsinə və ya sadələşdirilməsinə etiraz etmiş, böyük şəhərlərdə məscid tikintisinə qarşı mövqe sərgiləmişdilər. Bundan əlavə, Rusiyada tətbiqinə başlanılan İslami (faizsiz) bankçılıq mexanizmlərini də kəskin tənqid etmişdilər.

Bununla yanaşı, halal sertifikatlaşdırma Rusiyada “Məhsul və Xidmətlərin Sertifikatlaşdırılması haqqında” Federal Qanuna əsaslanır. Qanun məcburi sertifikatlaşdırma tələbinə daxil olmayan məhsullar üçün könüllü sertifikatlaşdırmaya icazə verir. Dini qurumlar da bu hüquqi baza əsasında fəaliyyət göstərirlər.

Rusiyadakı ən böyük halal sertifikatlaşdırma mərkəzi Rusiya Müftilər Şurası (DUM RF) ilə əlaqəlidir. Digər mühüm mərkəz isə Rusiya Müsəlmanları Ruhani İdarəsi (DSMR) tərəfindən idarə olunur və bu qurum Rus Pravoslav Kilsəsi ilə yaxşı münasibətlərə malikdir. DSMR “Halal – həyat tərzidir” şüarını irəli sürür və halal anlayışının yalnız qida ilə məhdudlaşmadığını, turizm, sığorta, tibb kimi bir çox xidmət sahələrini əhatə etdiyini bildirir.

Bundan başqa, bəziləri Birləşmiş Ərəb Əmirlikləri kimi xarici mərkəzlərdən səlahiyyət alan və əsasən İslam ölkələrinə ixraca yönəlmiş sertifikatlaşdırma qurumları da fəaliyyət göstərir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri