Rusiyada helikopter sərt eniş etdi
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Teletskoye gölünün (Altay Respublikası) sularında şəxsi uçuşu zamanı göyərtəsində iki nəfərin olduğu helikopter sərt eniş edib.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisədən dərhal sonra helikopterin sərnişinləri tibb müəssisəsinə aparılıb.
"İlkin məlumatlara görə, iyulun 20-nə keçən gecə şəxsi uçuşu yerinə yetirərkən “Robinson” helikopteri İoqaç kəndi (Altay Respublikasının Turoçak rayonu) yaxınlığında Teletskoye gölünün suyuna sərt eniş edib", - məlumatda deyilir.
Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.
Dağlıq Altay Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlama aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















