Rusiyada insanların alkoqoldan zəhərlənib ölməsi ilə bağlı səkkiz nəfər həbs edilib
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
"Leninqrad Vilayət Prokurorluğu regionda saxta alkoqoldan zəhərlənmə ilə bağlı vəziyyətə nəzarəti davam etdirir. Slantsı və Volosovskidə ölümlə nəticələnən zəhərlənmələrə prokurorluq tərəfindən nəzarət zamanı bir sıra axtarışlar aparılıb, saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər saxlanılıb", - deyə məlumatda bildirilib.
Qurumun məlumatına görə, cinayət işi çərçivəsində 1 000 litrdən çox spirtli içki müsadirə edilib.
"1 000 litrdən çox alkoqollu içki müsadirə edilib, onun regiona daxil olmasının mənbəyi müəyyənləşdirilir, şübhəlilərin barəsində qətimkan tədbirlərinin seçilməsi məsələsi həll edilir", - deyə qeyd edilib.
Xatırladaq ki, Rusiyanın Slantsı bölgəsində kustar üsulla hazırlanan saxta alkoqollu içkiyə görə azı 19 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















