Icma.az
close
up
RU
Rusiyada işçi qüvvəsi çatışmazlığı yeni rekorda imza atıb...

Rusiyada işçi qüvvəsi çatışmazlığı yeni rekorda imza atıb...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ölkə şirkətlərində 2,6 milyon işçi azdır...

...SİA-nın məlumatına görə, “İzvestiya” Ali İqtisadiyyat Məktəbinin hesabatına istinadən yazır ki, Rusiya şirkətlərində 2,6 milyon işçi azdır. Qeyd eək ki, bu kəsir 2024-cü ilin sonunda qeydə alınıb. Hazırda isə bu rəqəm 17 faiz artaraq rekord həddə çatıb.

...Ən çox kadr çatışmazlığı emal sənayesində - 391 min nəfər, ticarətdə - 347 min nəfər və nəqliyyatda - 219 min nəfərdir. Deyilənlərə görə, işverənlər bu sahələrə ərizə verənlərə 100 min rubldan çox pul ödəməyə hazırdırlar ki, bu da Rusiyadakı orta göstəricidən 1,5 dəfə yüksəkdir.

Tədqiqatın müəllifləri mavi yaxalı işlərdə vakansiyaların sayının artmasını əmək miqrantlarının axınının azalması, rublun çökməsi və “bir sıra iqtisadi sarsıntıların” təsiri ilə əlaqələndirirlər.

İxtisaslı mütəxəssislər arasında ən çox tələb olunanlar mühəndislər, alimlər, müəllimlər və həkimlərdir.

2024-cü ildə orta aylıq nominal hesablanmış əmək haqqı 20 faiz artaraq 88 min rubla çatdı.

Bu, 9,5 faiz olan rəsmi inflyasiya ilə rekord illik artımdır. ...Əhalinin iqtisadi fəallığı da maksimum göstərdi: 1

5 yaşdan yuxarı ruslar arasında məşğulluq 61 faiz təşkil edib. İşsizlik səviyyəsi 2023-cü ildən bəri ilk dəfə artmağa başlayıb və dekabrda 2,3 faizdən yanvarda 2,4 faizə yüksəlib.

RUDN Universitetinin İqtisadiyyat fakültəsinin Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Sergey Zaynullin qeyd edir ki, işçi qüvvəsinə tələbin ən böyük artımı sənayedə müşahidə olunur.

Onun sözlərinə görə, bu, Ukraynada müharibə başlayandan sonra bir sıra Qərb şirkətlərinin Rusiyanı tərk etməsi, sanksiyalar və idxalın əvəzlənməsi ilə izah olunur. Ekspert əlavə edir ki, tələb artımı baxımından digər lider ticarətdir.

...Rusiyada kadr çatışmazlığı problemi 2022-ci ildə Ukraynanın işğalından sonra daha da ağırlaşıb.Hərbi əməliyyatların ilk ilində 300 min, sonrakı iki ildə isə daha 740 min əmək qabiliyyətli əsgər cəbhəyə göndərilib.

Bundan əlavə, 650.000 ilə 1.1 milyon arasında rus səfərbərlikdən və müharibədən qaçıb.

Bu arada iqtisadiyyata zərbə vuran sanksiyalar rublun ucuzlaşmasına səbəb olub. Bu, həmçinin “Crocus City Hall”-da baş verən (?) terror aktından sonra miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi Mərkəzi Asiya ölkələrindən vətəndaşların axınına səbəb olub.

Bundan əlavə, iş axtaranların diqqəti daha gəlirli və sadə sənaye sahələrinə, məsələn, çatdırılma və taksi xidmətləri, habelə müdafiə zavodları kimi əmək haqqının mülki müəssisələrə nisbətən daha yüksək olduğu sahələrə yönəlib.

...Və eyni zamanda, hakimiyyət Kremlin “fəlakətli” adlandırdığı demoqrafik vəziyyəti düzəldə bilməyib. 2024-cü ilin sonuna əhalinin təbii azalması, yəni ölənlərin və doğulanların sayı arasındakı fərq 20 faizdən çox artaraq 596,2 min nəfərə çatıb.

...Və yeri gəlmişkən, Rosstat ölkə əhalisinin hər il 0,5 milyon nəfər azalacağını proqnozlaşdırır.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri