“Rusiyada istintaq hələ davam edir” Ceyhun Bayramov
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ötən ilin dekabrında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı Rusiyada istintaq tədbirləri davam edir”.
Yeniavaz.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirləri hər zaman Azərbaycanın prioritetində və gündəmindədir:
“Biz Rusiya tərəfi ilə bütün təmaslar zamanı bu məsələni qaldırırıq. Qarşı tərəfin verdiyi izahat ondan ibarətdir ki, hələ istintaq davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcəyik. Həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.

Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
20 Yanvar 2025 12:41
Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir Ceyhun Bayramov
20 Yanvar 2025 12:52
Ceyhun Bayramov AQEMin iclasında iştirak edir
17 Dekabr 2024 15:30
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib Ceyhun Bayramov Ceyhun Bayramov
25 Mart 2025 01:26
Ceyhun Bayramov başsağlığı verdi
25 Dekabr 2024 14:45

