Rusiyada kişinin mədəsindən 27 alışqan çıxardılar FOTO
Icma.az bildirir, Lent az portalına istinadən.
Tıva Respublikasının (Rusiya) Kızıl şəhərində həkimlər kompüter tomoqrafiyası müayinəsi zamanı 56 yaşlı kişinin mədəsində çox sayda yad cisim aşkarlayıblar.
Lent.az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Tibb müəssisəsinin "VKontakte" hesabında verdiyi məlumata görə, nəticədə endoskopiya şöbəsinin əməkdaşları anestezioloqlarla birgə ümumi anesteziya altında kişinin mədəsindən 27 alışqan və bir dənə qəpik çıxara biliblər.
Hələlik həkimlər bu əşyaların kişinin mədəsinə necə daxil olduğunu anlaya bilmirlər. Xəstə izahat verməkdən imtina edib.
Eyni zamanda, həkimlər bildirirlər ki, bu qədər yad cismin cərrahi müdaxilə olmadan çıxarılması unikal hal sayıla bilər.



Həkimlər kişinin başındakı buynuzu əməliyyatla çıxardılar FOTO
07 May 2025 19:57
Onun mədəsindən 27 alışqan çıxarıldı UNİKAL ƏMƏLİYYAT
12 İyul 2025 23:21
Lap ağını çıxardılar: Ermənistanın notası Rusiyada necə qarşılanıb?
15 Yanvar 2025 23:14
Metronu satışa çıxardılar
12 Noyabr 2024 12:28
Rusiyada uşaqlara alışqan satışı qadağan edilib
30 Noyabr 2024 22:21

