Icma.az
close
up
RU
Rusiyada kreditlər bahalaşacaq, əmanətlər isə...

Rusiyada kreditlər bahalaşacaq, əmanətlər isə...

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Elvira Nabiullina
2024-cü ilin 30 dekabrında Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkə vətəndaşlarına müraciətində "Bizim çıxış yolumuz yoxdur, dayanın!", - deyib. O, bununla əmanət və kreditləri olan Rusiya vətəndaşlarına xəbərdarlıq edib. Bunu şərh etməyə çalışan bir çox Qərb ekspertlərinin fikrincə, artıq rusiyalı vətəndaşlardan gizlədilməsi mümkünsüz olan reallıqlar indi Rusiyanın üzləşdiyi əsl vəziyyəti göstərir.
Reyting.az
xəbər verir ki, E. Nabiullinanın söylədikləri artıq Rusiyada müzakirələrə səbəb olub. Bəzi rusiyalılar onun açıqlamasında ümidverici məqamların olduğunu desələr də, çoxları hətta bu müraciətin 2025-ci ilin çox böyük, bəlkə də çox sayda çətinliklərinə hazırlıq mesajı kimi qiymətləndirirlər.
Xatırladaq ki, ötən ilin 30 dekabrında Rusiya Mərkəzi Bankının sədri bildirmişdi ki, bankın əsas faiz dərəcəsinin illik 21 faizədək artırılması ancaq inflyasiyanı aradan qaldırmaqdan ötrü düşünülüb və bu vasitə ilə məqsədə nail olunmazsa, faizi yenidən qaldırmaq lazım gələcək.
Rusiya Mərkəzi Bankının rəhbəri qeyd edib ki, yeni qərarın həyata keçirilməsi kredit və əmanətlərin dəyərinə ciddi təsir göstərəcək, kreditlər bahalaşacaq, əmanətlər isə gəlirli olacaq.
Nabiullina, Mərkəzi Bankın 2024-cü ildə 4 faiz inflyasiya ilə bağlı baza ssenarisinə nə dərəcədə, hansı səviyyədə nail olunmasını nəzərə almaqla, eləcə də ilin sonuna qədər daha bir faiz artımına icazə verdiyini açıqlamışdı.
Mütəxəssislər hesab edirlər ki, hazırda depozit faizləri maksimuma yaxındır, əsas dərəcə isə maksimumdur və 2024-cü ilin ikinci yarısından sonuna qədər azalmağa başlaya bilər. Belə bir şəraitdə banklar qısamüddətli likvidlik cəlb etməyə çalışır ki, bu da birbaşa olaraq, əmanətlər üzrə dərəcələrin diapazonunu müəyyən edir, həm də əmanətçilərin tələbinə tamamilə uyğun gəlir.
Rusiyalı mütəxəssislərin sözlərinə görə, belə bir şəraitdə banklar kredit siyasətlərini çox sərtləşdirib, həm də şərtləri pisləşdiriblər. Lakin uyğunsuz və nə qədər qəribə təsir bağışlasa da bu, potensial borcalanların onlara marağını azaltmayıb. Əsas faiz dərəcəsinin növbəti artımı zamanı Rusiya bankları mövcud vəziyyəti təhlil edəcəklər və daha sonra kredit faizlərinə yuxarıya doğru qalxması məsələsinə yenidən baxmalı olacaqlar.
Bu halda təsdiq edilmiş borcalanlara gecikməmək və yenidən kredit götürmək üçün müraciət etmək tövsiyə oluna bilər, çünki Rusiya bankları nəzərdə tutulduğu kimi, ilin sonunadək təsdiqlənmiş kredit şərtlərini qoruyacaqlar.
Bütün bunların uğurla nəticələnəcəyi və yaxud da rublun məzənnəsinə mənfi təsir göstərəcəyi hələlik sual altındadır. Ancaq bəzi Qərb ekspertləri Ukraynada savaşan Rusiyanın bu cür durumunda rus rubluna dəstək məqsədilə bank sektorunda, həm də yüksək faizlə, riskli səviyyədə yenidən islahatlar aparılmasının ölkədəki mövcud inflyasiyaya tezliklə təsir göstərəcəyinə çox şübhə ilə yanaşırlar.
"Renessan Kapital" təşkilatının iqtisadçı eksperti Sofiya Donetsk qəbul edilmiş yeni qərarla bağlı tam fərqli fikirdədir:
"İqtisadiyyatda böyük dönüş yaranıbsa, niyə məzənnə saxlanıldı? 21 faiz dərəcəsi yenə də bizdə qalır axı və bu sürprizdir! Biz nəhayət ki, daha yumşaq ssenari üzrə daha rəvan hərəkət edirik, belə görünür, kredit və iqtisadiyyatda da böyük dönüş yaranıb. Bu qərar nəyi dəyişir? Belə çıxır ki, Mərkəzi Bank həmçinin öz siqnalında konvensionallığı qoruyur və bununla da tənzimləyici daha da yüksək faiz artımını nəzərdən keçirə biləcəyinə işarə edir. Bu belədir, amma bununla yanaşı, vurğulanır ki, sərtlik artıq öz məqsədinə çatmış kimi görünür – kreditləşmə məhdudlaşdırılır. Lakin bu məlumatların özü ilkin xarakter daşıyır, çünki maliyyə sektoru ilə bağlı da hələ tam məlumat yoxdur, ancaq proses geniş miqyas alıb. Rubl yəqin ki, 2024-cü ildən daxili amillər və sərt monetar, eləcə də mövcud siyasətlə yanaşı, həmçinin büdcə stimullaşdırılmasının mərhələli bir şəkildə tədricən azaldılması, o cümlədən kapitala nəzarət tədbirləri ilə məlum olan qaydalar çərçivəsində dəstəklənəcək. Bu gözləniləndir, lakin məzənnə meyllərində ciddi dəyişikliklər gözləmək üçün heç bir aşkar səbəb yoxdur. Xüsusilə də belə bir vəziyyətdə sanksiyaların sərtləşdirilməsi əslində riski rubl üçün qeyri-müəyyənlik mənbəyidir. Əgər, onu da nəzərə alsaq ki, bu hadisələrdən çox əvvəl və daha dəqiq desək, 2022-ci ilin təcrübəsi göstərdiyi kimi, əslində onların təsiri heç də mütləq mənada Rusiya valyutasının zəifləməsi ilə nəticələnmir, lakin yenə ölkədəki reallıqla da hesablaşmaq lazımdır. Çünki əks-təsir faktoru həmişə var və qaçılmazdır".
Rusiya Mərkəzi Bankının qəbul etdiyi qərara tənqidi yanaşanlar və əks cəbhədə duran rusiyalı iqtisadçılarla yanaşı, yerli bank ekspertləri də çox sərt reaksiya veriblər. Bəzi ekspertlər mövzu ilə əlaqədar xüsusi vurğulayıblar ki, belə qərarlar Rusiya vətəndaşlarının həyatına heç bir xeyirli dəyişiklik gətirməyəcək və bu proseslərdə ən çox qazananlar ancaq böyük şirkətlər, iş adamları olacaqlar.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Yanvar 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri