Rusiyada məşhur Yaşkino brendinin sahiblərinin əmlakı həbs olundu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada məhkəmə icraçıları məşhur "KDV Qrupu"nun sahibləri Nikolay və Denis Ştenqelov qardaşlarının, həmçinin onların "Kiriyeşki" və "Yashkino" brendlərinə sahib olan "Konditerus Kom" SC şirkətinin əmlakının həbsinə başlayıblar.
Oxu.Az bu barədə "RIA Novosti"yə istinadla xəbər verir.
Bildirilib ki, Moskvanın Tver Rayon Məhkəməsi tərəfindən 271 icra vərəqəsi verilib və bunlar iddiaçıya təqdim edilib.
Qeyd edək ki, avqustun sonunda Rusiya Baş Prokurorluğu Nikolay və Denis Ştenqelovun "ekstremist birlik" kimi tanınması üçün məhkəməyə inzibati iddia qaldırıb. Qərarda Ştengelovların gəlirlərinin, o cümlədən "KDV" şirkətlər qrupunun ("Konditerus Kom" SC) dövlət xeyrinə müsadirə edilməsi tələb olunub.
Baş Prokurorluğun iddiasına əsasən, hazırda xaricdə yaşayan iş adamları Rusiyadakı biznesdən əldə etdikləri gəlirləri Ukrayna ordusunun və terrorçu təşkilatların maliyyələşdirilməsinə, həmçinin "düşmən ölkələrin" iqtisadiyyatının dəstəklənməsinə yönəldirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















