Rusiyada miqrant həkim və sürücülərin rus dilini bilmədən işə götürülməsinə icazə verilməyəcək
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi qanun layihələrinə dəyişiklik edib. Dəyişikliyə əsasən, sürücü, satıcı və tibb işçisi vəzifələrinə cəlb edilən miqrantlar rus dili və Rusiya tarixi bilikləri üzrə imtahan vermək tələbindən azad edilməyəcək. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın əmək və sosial inkişaf nazirinin müavini Andrey Pudov Rusiya Dövlət Dumasının əmək komitəsinin iclasında bildirib. O qeyd edib ki, artıq Rusiya Federasiyasının vətəndaşları ilə qarşılıqlı əlaqə və ünsiyyət qura bilməyən peşə sahibləri üçün işəgötürənlərin müraciətlərini kvotalara daxil etmək mümkün olmayacaq.

Rusiyada miqrant həkim və sürücülərin rus dilini bilmədən işə götürülməsinə icazə verilməyəcək
21 İyul 2025 16:57
Rusiyada rus dilini bilməyən miqrant uşaqları məktəblərə qəbul edilməyəcək
29 Mart 2025 11:52
Rusiyada rus dilini bilməyən miqrant uşaqları məktəblərə qəbul EDİLMƏYƏCƏK
11 Dekabr 2024 14:29

