Icma.az
close
up
RU
Rusiyada miqrantlar üçün yeni mərhələ: Rüsumlar kəskin artırılır (ŞƏRH)

Rusiyada miqrantlar üçün yeni mərhələ: Rüsumlar kəskin artırılır (ŞƏRH)

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya miqrantlara qarşı növbəti sərtləşdirici addım atıb. Dövlət Duması ölkədə yaşamaq və işləmək istəyən xarici vətəndaşlar üçün maliyyə şərtlərini əhəmiyyətli dərəcədə sərtləşdirən qanunlar paketini qəbul edib. Dəyişikliklər çərçivəsində miqrasiya ilə bağlı dövlət rüsumlarının ciddi şəkildə artırılması nəzərdə tutulur.

Məsələn, Rusiya vətəndaşlığının alınması üçün rüsum 12 dəfə artırılaraq 4 200 rubldan 50 000 rubla çatdırılır. Daimi yaşayış icazəsinin (VNZhP) rüsumu 6 000 rubldan 30 000 rubla, müvəqqəti yaşayış icazəsinin (TRP) rüsumu isə 1 920 rubldan 15 000 rubla qaldırılır.

Ölkə.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, insanların Rusiyaya üz tutmasında əsas məqsəd əmək fəaliyyəti ilə məşğul olmaqdır:

"Bu qərardan sonra miqrantlar əmək bazarında daha yüksək maaşlı iş axtarışına yönələcəklər. Eyni zamanda, rüsumları ödəməklə yanaşı ailələrini təmin etmək üçün daha çox gəlir toplamağa çalışacaqlar. Düşünmürəm ki, bu qərar miqrasiyaya ciddi təsir edəcək, maksimum 1–2 faiz azalma ola bilər".

Azər Allahverənovun sözlərinə görə, iqtisadi baxımdan bu qərar əmək miqrantları üçün əlverişli sayılmır:

"Rusiyanın aidiyyəti strukturları miqrasiya siyasətinin daha da sərtləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edirlər. Məqsəd miqrasiya proseslərini dövlətə daha çox fayda verəcək şəkildə tənzimləməkdir. Əgər bu istiqamətdə sərtləşdirməyə ehtiyac görülürsə, addımlar atılır".

Deputat əlavə edib ki, zaman-zaman bu mövzuda siyasi bəyanatlar da səslənir:

"Geniş müzakirələrdə qeyd olunur ki, ölkədə çoxsaylı miqrantların mövcudluğu fonunda diferensial yanaşma tətbiq olunmalıdır. Məqsəd əsasən faydalı hesab edilən miqrantların qalmasını təmin etməkdir. Burada "fayda" dedikdə daha çox iqtisadi gəlir gətirən şəxslər nəzərdə tutulur. Bu səbəbdən əmək miqrantlarına münasibətdə selektiv yanaşma açıq şəkildə görünür. Hədəf ondan ibarətdir ki, ölkədə daha çox yüksək ixtisaslı miqrantlar olsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri