Rusiyada miqrantlara şok qərar: KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada miqrantlarla bağlı tələblər sərtləşdirilir. Rusiya Federasiyasının Dövlət Duması miqrantlar üçün tibbi müayinədən keçmə qaydalarını daha da sərtləşdirən qanun layihəsini birinci oxunuşda qəbul edib. Yeni dəyişikliklər ölkəyə daxil olan əcnəbilərin sağlamlıq nəzarətini gücləndirməyi və miqrasiya prosesinə nəzarəti artırmağı hədəfləyir.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması tərəfindən müzakirəyə çıxarılan layihəyə əsasən, miqrantların tibbi müayinədən keçməsi üçün nəzərdə tutulan müddət 90 gündən 30 günədək azaldılır. Bundan əlavə, tibbi müayinə artıq illik əsasda keçiriləcək və onun xərcləri tam şəkildə əcnəbi vətəndaşın özü tərəfindən ödəniləcək.
Qanun layihəsində mühüm dəyişikliklərdən biri də tibbi müayinələr zamanı vasitəçilik fəaliyyətinin qadağan olunmasıdır. Belə ki, miqrantlar yalnız dövlət tərəfindən səlahiyyət verilmiş tibb müəssisələrində müayinədən keçə biləcəklər. Bununla yanaşı, tibbi müayinədən keçmək iş icazəsinin alınması, müvəqqəti yaşama icazəsi və ya patentin yenidən rəsmiləşdirilməsi üçün məcburi şərt olacaq.
Rəsmi dairələr bildirir ki, bu dəyişikliklər miqrantların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə və qeyri-qanuni vasitəçilik hallarının qarşısının alınmasına xidmət edir. Qanun layihəsinin növbəti oxunuşlarda daha da təkmilləşdiriləcəyi istisna olunmur.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Fevral 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















