Icma.az
close
up
RU
Rusiyada miqrantlardan pul YIĞILACAQ

Rusiyada miqrantlardan pul YIĞILACAQ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada miqrantlar əlavə rüsum ödəməli olacaqlar.  

Ölkə parlamentinin aşağı palatası bu həftə miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiqini təklif edən qanun layihələrinə baxacaq. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

Müzakirəsi aparılacaq qanun layihələri qəbul edilərsə, Rusiya Federasiyası əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, habelə iş icazəsinin müddətinin uzadılması üçün 4,2 min rubl məbləğində əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə, patent və ya iş icazəsinin dublikatının verilməsi, müvafiq sənədlərə dəyişiklik edilməsi üçün 2,1 min rubla başa gələcək. 

Amma bud a son deyil. Belə ki, bundan əlavə, miqrantlar üçün bir sıra digər dövlət rüsumlarının müəyyən edilməsi, movcud rüsumların artırılması təklif olunur.

Xüsusilə, bu, ölkədə olduğu yer üzrə qeydiyyat və yaşayış yeri üzrə qeydiyyat üçün rüsumlara aiddir.

Rusiya hökumətində və parlamentdə belə düşünürlər ki, rüsumların tətbiqi və mövcud rüsumların artırılması həm büdcəyə vəsait axınını təmin edəcək, həm də miqrantlar üzərində nəzarəti gücləndirəcək.

Bununla onların faktiki qaldıqları yer müəyyənləşdirəcək. Rusiyada düşünürlər ki, bununla qeyri-qanuni miqrasiyanın səviyyəsini azaltmaq mümkün olacaq. 

İyulun 11-də Dövlət Dumasının deputatı Sardana Avksentyeva Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə məktub göndərib və orada miqrantların vətəndaşlıq alması üçün əlavə şərtin tətbiqini təklif edib. Şərt əcnəbilərin Rusiya ərazisində qaldıqları bütün müddət üçün ən azı 10 milyon rubl vergi ödənilməsidir.

Bundan əlavə, Rusiyaya gedəcək miqrantlardan tibbi arayış da tələb edilə bilər. Artıq bu məsələ də duma səviyyəsində təklif olunub. Görünən odur ki, Rusiya miqrantlara qarşı sərtləşdirmə siyasətindən nəinki geri çəkilmək niyyətində deyil, əksinə, onu daha da sərtləşdirir. Ekspertlər düşünürlər ki, bu siyasət Rusiyanın əmək bazarında ciddi çatışmazlıq yaradacaq.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri