Rusiyada miqrantların yaşadıqları yerdə qeydiyyatı üçün rüsum tətbiq edilə bilər
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada miqrantların yaşadıqları yerdə qeydiyyatı üçün rüsum tətbiq edilə bilər.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya hökuməti Dövlət Dumasına miqrantların yaşadıqları yerdə qeydiyyata alınması üçün rüsumun tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib.
Qanun layihəsinə görə, xarici vətəndaşların yaşayış yerində qeydiyyatı üçün 500 rubl, habelə müvəqqəti qalma müddətinin uzadılması üçün 1 min rubl məbləğində rüsum tətbiq edilməsi təklif olunur. Bundan əlavə, işləmək icazəsi olan patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün 4,2 min rubl məbləğində rüsum da müəyyən edilir. İş icazəsinin müddətinin uzadılması üçün miqrantlar 4,2 min rubl, dublikatın verilməsi və ya icazəyə düzəlişlər edilməsi üçün isə 2,1 min rubl ödəməli olacaqlar.
Qanunun qəbul ediləcəyi təqdirdə, 2025-ci il sentyabrın 1-dən, lakin rəsmi dərc edildiyi tarixdən bir aydan tez olmayaraq qüvvəyə minəcəyi güman edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















