Rusiyada müəyyən qüvvələrin məsuliyyətsizliyi buna gətirib çıxardı Deputat
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Təyyarəmizin ağır qəzaya uğramasının ağrısı hələ də azərbaycanlıların qəlbindən çıxmayıb. Bu hadisə baş verməməli idi. Rusiyada müəyyən qüvvələrin məsuliyyətsizliyi buna gətirib çıxardı. Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunması üçün maksimum işlər apardı və bir daha göstərdi ki, heç bir zaman ona olan etinasızlığa, vətəndaşlarının dünyasını dəyişməsinə gətirib çıxaran hərəkətlərə qarşı biganə olmayacaq".
Bu fikirləri Redaktor.az-a AZAL-a məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.
"Bunun nəticəsidir ki, Rusiya Prezidenti bir neçə ay bundan əvvəl beynəlxalq tədbirlərin birində cənab prezidentdən üzr istədi, kompensasiyanın ödəniləcəyini bildirdi və günahkarların cəzalandırılacağını vurğuladı. Biz bunu Rusiya tərəfdən gözləyirik və istəyirik ki, Rusiyanın müvafiq orqanları təkcə Azərbaycan təyyarəsi ilə bağlı deyil, ümumiyyətlə hava məkanının bütün təyyarələr üçün təhlükəsiz olması üçün bütün lazımi addımları atsınlar.
Qəzada həlak olanların xatirəsi həmişə qəlbimizdədir. Biz onları qəhrəman kimi görürük və həlak olanların ailələrinə dövlət tərəfindən bütün diqqət göstərilib. Bundan sonra hər hansı bir təhlükənin qarşısının alınması üçün Azərbaycan dövləti yenə də ən etibarlı addımlar atacaq və həmişə vətəndaşının keşiyində dayanacaq", - deyə millət vəkili qeyd etdi.
Nuriyyə NATİQQIZI
Baxış sayı:85
Bu xəbər 25 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















