Rusiyada müsəlmanları təhqir etmiş erməni blogerə cinayət işi açılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiyada erməni əsilli bloger və iş adamı Areq Şepixinə qarşı iki cinayət işi açılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
Erməni blogerə qarşı açılan cinayət işlərindən biri “Nifrət və ya düşmənçiliyin salınması” maddəsi ilə açılıb. İkincisi hələ məlum deyil.
Bildirilib ki, linqvistik ekspertiza keçirilib, nəticəyə əsasən cinayət işinin başlanması üçün əsaslar aşkar edilib. Şepixin hazırda Moskvanın istintaq Komitəsində dindirilir. Yaxın vaxtlarda müstəntiqlər onun həbsi ilə bağlı məhkəməyə vəsatət verəcəklər.
Rusiya İstintaq Komitəsindən o da bildirilib ki, Yaroslavl vağzalından Şepixini oğurlayan şəxslərə də qarşı cinayət işi açılıb. Altı nəfər olan həmin şəxslər adam oğurluğunda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Qeyd edək ki, erməni bloger sosial şəbəkədə çeçenləri və İslam dinini təhqir edən video müraciət yayıb. Həmin videodan sonra çeçen milliyətindən olan bir qrup mülki geyimdə olan şəxs onu Moskvanın Yaroslavl vağzalında yaxalayaraq güclə avtomobilə qoyub, hadisə yerindən uzaqlaşıblar. Vağzaldakı insident ətrafdakı şəxslər tərədindən görüntüyə alınıb və həmin görüntülər Rusiyada ictimai rezonans doğurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















