Rusiyada neft emalı zavoduna dron hücumu olub: Ölən və yaralananlar var
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Novokuybışevsk Neft Emalı Zavodu və Qorkiy Neft Nəqli Stansiyası pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
"İnterfaks"ın məlumatına görə, Novokuybışevsk şəhərində müəssisələrə edilən hücum nəticəsində azı bir nəfər ölüb, xəsarət alanlar var.
PUA qalıqlarının yaşayış binasının damına düşdüyü bildirilir. Hadisə ilə bağlı operativ qərargah yaradılıb.
Zərbəyə məruz qalmış regionun ən iri neft emalı müəssisələrindən olan Novokuybışevsk Neft Emalı Zavodu “Rosneft” qrupuna daxildir və ildə 8–9 milyon ton neft emalı gücünə malikdir.
Bundan əlavə, Nijniy Novqorod vilayəti ərazisində yerləşən Qorkiy Neft Nəqli Stansiyası “Transneft” sisteminə daxildir və əsas neft nəqli obyektlərindən biri hesab olunur.
Həmçinin, Samara vilayətində yerləşən Novokuybışevsk Neft-Kimya Zavodunda da dron hücumu nəticəsində yanğın baş verdiyi bildirilib.
Hadisənin təfərrüatları və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Aprel 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















