Icma.az
close
up
RU
“Rusiyada neft terminalı dayanıb, raket bazasında partlayış baş verib “Azadlıq Radiosu“

“Rusiyada neft terminalı dayanıb, raket bazasında partlayış baş verib “Azadlıq Radiosu“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səhər dənizdə, gecə raket bazasında son hadisələr həm enerji marşrutlarını, həm də Rusiya ordusunun texniki qabiliyyətlərini yenidən diqqət mərkəzinə gətirib..."

Bu gün, 29 noyabr səhəri Novorossiysk limanında "Caspian Pipeline Consortium"-un (KKT) dəniz terminalı fəaliyyətini dayandırıb. Buna Ukraynanın pilotsuz katerlərlə etdiyi hücum səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Novorossiyskdə neft axını dayanıb

Şirkətin məlumatında terminalın bir hissəsinin "əhəmiyyətli zədələndiyi" bildirilir. Dəniz limanının kapitanı bütün əməliyyatları dayandırıb, tankerlər terminal akvatoriyasından uzaqlaşdırılıb. Məlumata görə, neftin sızmasının qarşısı avtomatik təhlükəsizlik sistemi tərəfindən alınsa da, hazırda ərazi üzrə ekoloji monitorinq aparılır və dəniz suyundan nümunələr götürülür.

Bu konsorsium 1992-ci ildə yaradılıb və Tengiz, Kaşaqan, Qaraçaqanaq yataqlarından çıxarılan nefti Qara dəniz vasitəsilə ixrac edir. Ümumi uzunluğu 1,5 min km-dən çox olan bu magistral boru xətti Qazaxıstan üçün əsas ixrac marşrutudur. Bu hücumlar fonunda prezident Zelenski bildirib ki, son 24 saatda Rusiya Ukraynaya 36 raket və təxminən 600 dron göndərib. Əsas hədəf Kiyev və vilayət olub.

Rusiyanın "Yasnıy" bazasında sirli partlayış və bənövşəyi tüstü

Eyni gündə Rusiyanın Orenburq vilayətində yerləşən "Yasnıy" strateji raket bazasında qeydə alınan güclü partlayış suallar doğurub. Partlayışdan sonra səmanı bənövşəyi bulud örtüb, rəsmi qurumlar isə hadisə ilə bağlı susmağa üstünlük veriblər.

İlkin versiya "Sarmat" ballistik raketinin uğursuz sınağı olub. Lakin hərbi ekspertlər ortaq fikrə gəlmir. Hərbi kanallar və analitiklər ehtimal edir ki, partlayış "Voyеvoda" raketinin startı zamanı baş verib və bənövşəyi tüstü bunun göstəricisidir. Analitik Georgi Trişkinin sözlərinə görə, tüstünün rəngi raket mühərrikində istifadə olunan təhlükəli kimyəvi maddə - azot tetraoksidinin yanması ilə bağlı ola bilər.

Bəzi ekspertlər isə partlayışın UR-100 raketinin "Avanqard" hipersəs bloklu versiyası ilə bağlı ola biləcəyini iddia etsələr də, norveçli hərbi analitik Tor Are İversen belə ssenarini real hesab etmir. Onun sözlərinə görə, görüntülərdən aydın olur ki, raket şaxtadan çıxıb, qısa müddət havada qalıb, lakin idarəetməni itirərək detonasiya edib.

Fransalı raket mütəxəssisi Etyen Markyuz da bu fikri dəstəkləyir və versiyaların içində ən real olanın "Sarmat"ın uğursuz startı olduğunu bildirir. Peyk görüntülərində partlayış yerində təxminən 62 metr diametrində krater görünür. Bu, hadisənin miqyasının heç də kiçik olmadığını göstərir.

Bir tərəfdə Ukraynanın enerji arteriyalarını hədəf alan raket və dron hücumları, digər tərəfdə Rusiyanın strateji raket proqramında ard-arda yaşanan uğursuz testlər. Son günlərin hadisələri həm regionda təhlükəsizlik balansını, həm də böyük güclər arasında görünməyən, lakin davam edən texnoloji və hərbi yarışın dərinləşdiyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri